Bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimiz 30 il ərzində Ermənistanın işğalı altında idi
Tarix: 11-09-2024 | Saat: 11:34
Bölmə:Özəl | çapa göndər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü xarici siyasət hər dəfə qələbəmizi şərtləndirmişdir. Cənab prezidentin düşünülmüş, qətiyyətli mövqeyi sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar Ermənistan rəhbərliyini hər zaman siyasi və iqtisadi cəhətdən çətin vəziyyətdə qoyur, həmçinin işğalçı ölkə kimi onu beynəlxalq iqtisadi layihələrdən kənarda saxlayır.
"İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində dörd il əvvəl Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdi, 30 il davam edən Qarabağ münaqişəsinə son qoydu, ədaləti bərpa etdi və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdi".
Cənab prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxışında qeyd etdiyi kimi Geosiyasi vəziyyətə gəldikdə bir halda ki, mənim çıxışım “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” mövzusuna həsr edilib, - əvvəlcə qeyd etmək istəyirəm ki, təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası oldu. Bu, həqiqətən onu nümayiş etdirdi ki, beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real güc də var.
Kənan Quliyev
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının məsləhətçisi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024