Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu durmadan artır
Tarix: 09-09-2024 | Saat: 17:24
Bölmə:Siyasət | çapa göndər
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rolun önəmi getdikcə artır. Ölkə Prezidenti cənab İlham Əliyevin enerji siyasəti Azərbaycanın dünyadakı önəmini artıraraq, dünya enerji təhlükəsizliyində əhəmiyyətli qlobal oyunçuya çevirib. Hazırda dünyada və yaxın regionumuzda baş verən mürəkkəb geosiyasi proseslər fonunda ölkəmizin Avropa üçün önəmi xeyli dərəcədə güclənib. Dünyada, eləcə də Cənubi Qafqazda baş verən mürəkkəb geosiyasi proseslər Avropanın enerji təhlükəsizliyi üçün yeni çağırışlar yaradır. Enerji problemi ilə üzləşən Avropa ölkələri problemin aradan qaldırılması üçün müxtəlif yollar axtarır, bu istiqamətdə Azərbaycanla geniş müzakirələr aparır. Dünyada bu gün Azərbaycanın təbii qazına olan ehtiyac artmaqdadır. Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan da öz coğrafi mövqeyinin verdiyi üstünlüklərdən faydalanaraq əməkdaşlıq edəcək ölkələrin hər biri üçün məqbul olacaq təkliflər verir. Həmçinin regionun və özünün karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarını genişləndirməyə çalışır.
Qarşıdakı dövrlərdə də Azərbaycanın Avropa ölkələrinə elektrik enerjisi və təbii qaz ixracını artırmaq üçün böyük potensialı var. Azərbaycanın bu yöndə uğurlu siyasəti perspektivdə mühüm nəticələrin əldə olunacağını deməyə əsas verir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və imzaladığı bütün müqavilələri yerinə yetirir. Bu amillər ölkəmizin dünyada nüfuzunu daha da artırır. Bütün bu məsələlər sentyabr ayının 6-da açılış sessiyası olmuş 50-ci Beynəlxalq Çernobbio Forumunda detallı müzakirə mövzusu olmuşdur.
Qeyd edək 4-6 sentyabr tarixlərində İtaliya Respublikasının Prezidentinin dəvətilə Romada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda əsas qonaq kimi iştirak etmiş və bu nüfuzlu tədbirin “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyasında çıxış etmişdir. Dövlət başçımızın çıxışında bir çox önəmli məsələlərə dair detallı açıqlamalar təqdim olunmuşdur. Eyni zamanda da cənab Prezident İlham Əliyev Avropa ictimaiyyətini düşündürən bir çox sualları ətraflı şəkildə cavablandırmışdır.
Dövlət başçımızın səsləndirdiyi fikirlər arasında xüsusilə diqqəti cəlb edən məqamlardan biri də Azərbaycanın Rusiya-Ukrayna münaqişəsinə münasibətdə sərgilədiyi prinsipial mövqeyi ilə bağlı oldu. Azərbaycanın Rusiya ilə Ukrayna arasında sülh danışıqlarına başlanması üçün zəmin yaratmaq imkanlarına dair moderatorun sualını cavablandıran cnab Prezident İlham Əliyev bildirdi ki, nəzəri cəhətdən bu mümkündür. Çünki Rusiya və Ukrayna ilə yanaşı, ölkəmiz də 70 il ərzində Sovet İttifaqının tərkib hissəsi olub. Bizim xalqlararası və siyasi səviyyədə şaxələndirilmiş münasibətlərimiz var. Bu gün Azərbaycanın həm Rusiya və həm də Ukrayna ilə çox yaxşı münasibətləri var. Azərbaycan Ukrayna da daxil olmaqla, bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini güclü şəkildə dəstəkləyir. Bununla yanaşı, ölkəmiz Rusiyaya qarşı sanksiyalar kampaniyasına qoşulmayıb və dövlətimizin belə bir niyyəti də yoxdur. Beləliklə, Azərbaycan praqmatik münasibətlərin mövcudluğu fonunda rol oynaya bilər. Əlbəttə ki, Azərbaycan dövləti heç vaxt bunun təşəbbüskarı olmayıb, çünki bu işdə yaxından iştirak etmək istəyənlər kifayət qədərdir. Bununla belə cənab Prezidentin dediyi kimi, əgər ölkəmizin iştirakımıza zərurət yaranarsa, biz buna hazırıq.
Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəal üzvü.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-11-2024