Mobil versiya
"Demarkasiya prosesi Ermənistan üçün böyük uğurdur" - Paşinyan
Tarix: 03-09-2024 | Saat: 09:54
Bölmə:Siyasət / Karusel | çapa göndər

"Demarkasiya prosesi Ermənistan üçün böyük uğurdur" -

Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan dünən Azərbaycanla sərhəddə yerləşən Kirants kəndindəki məktəbin açılışını edib.

aia.az erməni KİV-ə istinadən xəbər verir ki, baş nazir çıxışında təhlükəsizlikdən danışıb.

"Məsuliyyətlə demək istəyirəm ki, Ermənistanın müstəqillik tarixində Kiratsda məktəbə getmək indiki qədər təhlükəsiz olmayıb, Kiratsda yaşamaq indiki qədər təhlükəsiz olmayıb. Və bu, çox mühüm rekorddur. Kirantsda məktəbə getməyin təhlükəsiz olduğunu demək, həmdə Azərbaycanın Xeyrimli kəndindəki məktəbə getməyin eyni dərəcədə təhlükəsiz olduğunu ifadə etməlidir", - Paşinyan qeyd edib.

O, həmçinin Kirants kəndində baş verənlərin, demarkasiya prosesinin dövlət üçün böyük uğur olduğunu vurğulayıb: "Bu, böyük uğurdur, çünki dövlətinizin harada başlayıb, harada bitdiyini bilməyəndə belə bir sual yaranır: sizin dövlətiniz var, ya yox?"

Paşinyan onu da qeyd edib ki, xüsusilə məktəblərdə pafos dərəcəsinin azaldılması istiqamətində işlər görülməlidir: "Bu gün məktəblərimizin ən böyük problemlərindən biri bu pafosun hədsiz dərəcədə olmasıdır. Pafos həm də çox vaxt cəhalətimizi gizlətdiyimiz bir vasitədir. Bu çox vacib bir nüansdır. Və burada problem ondan ibarətdir ki, hamımız başa düşməliyik ki, cəhalət düşmənlərimizin bizə qarşı istifadə etdiyi ən güclü silahdır".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2024