Mobil versiya
Fuad Muradov Failə Abbasova ilə görüşdü
Tarix: 02-09-2024 | Saat: 16:41
Bölmə:Siyasət | çapa göndər

Fuad Muradov Failə Abbasova ilə görüşdü

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Latviyada yaşayan və hüquqşünas fəaliyyəti göstərən soydaşımız Failə Abbasova ilə görüşüb.

aia.az xəbər verir ki, qonağı səmimi salamlayan sədr Fuad Muradov Komitənin fəaliyyəti, həyata keçirdiyi layihələr, xaricdəki Azərbaycan Evləri, Koordinasiya Şuraları və bu günlərdə başa çatan “Gənclər yaşıl dünya naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsi haqqında məlumat verib. Hazırda xaricdə fəaliyyət göstərən Azərbaycan icmalarının, soydaşlarımızın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olduğunu qeyd edib.

Failə Abbasova Latviyada yaşayan soydaşlarımızın ölkəmizdə gedən prosesləri yaxından izlədiyini, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəklədiyini bildirib. Ölkələr arasında ikitərəfli münasibətlərin inkişafı, diasporumuzun fəaliyyətinin daha mütəşəkkil təmin olunması, soydaşlarımızın hüquqi maariflənməsi və bu sahədə onlara mümkün kömək göstərilməsi istiqamətində səylərini davam etdirəcəyini söyləyib.
Görüşdə, həmçinin Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Vəkillər Kollegiyasının üzvü Qasım Şaliyev iştirak ediblər.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycanda doğulan Failə Abbasova hazırda Latviyada fəaliyyət göstərir. Həmin ölkədə mediasiya sahəsində bir sıra təşkilatların idarə heyətinin üzvü və Sertifikatlaşmış Mediatorlar Şurasının sədridir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2024