Mobil versiya
Tovuzda saxlanılan vəkillərlə bağlı RƏSMİ AÇIQLAMA
Tarix: 28-08-2024 | Saat: 16:25
Bölmə:Karusel / Siyasət | çapa göndər

Tovuzda saxlanılan vəkillərlə bağlı

Tovuz rayon Vəkil Bürosunun müdiri Abdullayev Rəşad Tapdıq oğlu və həmin qurumun vəkili Əliyev Süleyman Hüseynqulu oğlunun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

aia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Vəkillər Kollegiyası birgə məlumat yayıb.

Tovuz rayon Vəkil Bürosunun müdiri Abdullayev Rəşad Tapdıq oğlu və həmin qurumun vəkili Əliyev Süleyman Hüseynqulu oğlunun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Əməliyyat-istintaq tədbirləri ilə Rəşad Abdullayevin 2023-2024-cü illər ərzində ayrı-ayrı hallarda birbaşa və Süleyman Əliyevlə qabaqcadan əlbir olmaqla məhkəmənin icraatında olan müxtəlif cinayət və mülki işlər üzrə öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək müvafiq vəzifəli şəxslərin qərarına qanunsuz təsir etmək imkanında olmasını vətəndaşlara bildirməklə müxtəlif məbləğlərdə müqavilədən kənar pul vəsaiti tələb etməsinə və almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Rəşad Abdullayev və Süleyman Əliyev Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Həmçinin, Vəkillər Kollegiyası tərəfindən həmin şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırma aparılır.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

aia.az

Məlumatlanmaq üçün Facebook səhifəmizi

Xəbəri paylaş

Digər xəbərlər

Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024