Müstəsna töhfə
Tarix: 27-08-2024 | Saat: 09:59
Bölmə:Siyasət | çapa göndər
Məlumdur ki, müstəqilliyin bərpasından sonrakı ilk illərdə Azərbaycan-Rusiya münasibətləri o qədər də asan olmayıb. Lakin Azərbaycanın Ümummillli lideri Heydər Əliyev hakimiyyətə gəldikdən sonra vəziyyət yaxşılığa doğru dəyişməyə başlayıb. Məhz 1993-cü ilin yayından müstəqil Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev Rusiya ilə dostluq münasibətlərinin qurulmasında mühüm rol oynadı, iki ölkə arasında strateji tərəfdaşlığın əsaslarını qoydu.
2002-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri isə iki qonşu dövlət arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoyub. Həmin səfər zamanı imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə” Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd olub. Bu sənəd Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafını nümayiş etdirib.
Prezident İlham Əliyev də Rusiya ilə ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayır.
Mütəmadi rəsmi səfərlər, müxtəlif forumlarda keçirilən görüşlər, Rusiya Fedrasiyası ilə birgə imzalanmış çoxsaylı sənədlər və hazırkı münasibətlər bunu deməyə əsas verir.
Avqustun 19-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ölkəmizə rəsmi səfəri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatlarla çıxış etmələri bir sıra məsələlərin həllində hər iki dövlətin vahid mövqedən çıxış etməsinin göstəricisi sayılmalıdır.
Ölkəmizin başçısı bu səfərin xüsusi xarakter daşıdığını, regionda sülh və təhlükəsizliyin möhkəmlənməsinə xidmət etdiyini vurğulayaraq Rusiya-Azərbaycan münasibətlərində mühüm əhəmiyyətə malik olduğunu qeyd etmişdir: “Dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyətə malikdir, belə demək mümkünsə, həm də dövlətlərarası münasibətlərin yüksək səvyyəsindən xəbər verir.”
Qeyd edək ki, iki ölkə arasında humanitar və mədəni əlaqələrin demək olar ki, bütün aspektlərini tənzimləyən ikitərəfli saziş və müqavilələr, əməkdaşlıq proqramları və nazirliklər arasında əməkdaşlıq haqqında protokollar mövcuddur. Rusiya ilə əlaqələrimizdə ortaq dil, təhsil və mədəniyyət məkanının möhkəmlənməsinə mühüm önəm verilir. Elm və Təhsil Nazirliyinə tabe 20 ali təhsil müəssisəsinin 14-də rus dilində tədris imkanları mövcuddur. Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri var.
Ümumiyyətlə, iki güclü region dövlətinin əməkdaşlığının spektri kifayət qədər genişdir. Neft-qaz sahəsində əməkdaşlıq Azərbaycanla Rusiya arasında iqtisadi münasibətlərin ənənəvi və çox mühüm həlqəsini təşkil edir. Azərbaycanla Rusiya arasında uğurlu iqtisadi əməkdaşlığın digər bir mühüm istiqaməti elektroenergetika sektorudur. İki ölkənin enerji şəbəkələrinin birləşdirilməsi və bunun praktiki nəticələri müsbət qiymətləndirilir.
Uğurlu və praqmatik xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyinin mütəmadi olaraq möhkəmlənməsini təmin edib, respublikamızla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır, eyni zamanda, əməkdaşlıqların mahiyyəti və xarakteri dəyişir, keyfiyyət etibarı ilə yenilənir. Bu mənada, Azərbaycan ilə Rusiya arasında müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur. Dövlət başçılarının bəyanatlarında Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafından, onun potensialının genişləndirilməsindən və bütövlükdə, həm dəmir yolu, həm də avtomobil yolları vasitəsilə yükdaşımaların həcminin bu marşrut boyunca artmasından məmnunluq ifadə olunub.
Azərbaycan və Rusiya arasında siyasi əlaqələr yüksək səviyyədə olması ilə yanaşı, ali səviyyədə dialoq da mövcuddur. Dövlət başçımızın Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mütəmadi olaraq keçirdiyi görüşlər, ikitərəfli və beynəlxalq gündəmdə olan əsas mövzularla bağlı müzakirələri ölkələrarası əlaqələrin inkişafına müstəsna töhfə verir.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-11-2024