Mobil versiya
GÜNÜN MÜBARƏK, LAÇIN
Tarix: 26-08-2024 | Saat: 16:27
Bölmə:Siyasət | çapa göndər

GÜNÜN MÜBARƏK, LAÇIN

İkinci Qarabağ müharibəsindən sonra Laçın şəhəri, eləcə də Zabux və Sus kəndləri hələki nəzarətimizdə deyildi. Keçmiş Laçın-Xankəndi yolu bu ərazilərdən keçirdi. Qısa müddətdə yeni yolun inşa edilib itifadəyə verilməsi bu məsələni də aradan qaldırdı və həmin kəndlərin xeyli sakini öz torpaqlarına qayıtdı.
2023-cü ilin avqust ayının 26-da Laçın şəhəri günü münasibətilə keçirilən bayram tədbirində cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan 44 gün ərzində ədalətli müharibə apardı. Rəsmi İrəvanın hərbi cinayətlərinə, işğal olunmuş torpaqlarda 30 il ərzində törətdiyi bütün vəhşiliklərə son qoyuldu. Bu gün azad edilmiş ərazilərə gələn hər kəs öz gözləri ilə erməni vəhşiliyini görür. Laçında, eləcə də digər ərazilərimizdə Ermənistanın cinayət törədərək qanunsuz məskunlaşma aparması, xüsusilə xarici ölkələrdən, Yaxın Şərqdən erməniləri buraya dəvət edib onları, azərbaycanlıların evlərində yerləşdirməsi bu cinayətin sübutu idi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu bütün by qanunsuzluqları kökündən təmizlədi, tarixi ədaləti bərpa edildi.
Ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunan ərazilərə etdiyi müntəzəm səfərlər həmin bölgələrdə aparılan irimiqyaslı bərpa və yenidənqurma işlərinin birbaşa dövlət başçısının nəzarəti altında həyata keçirildiyindən xəbər verir. Eyni zamanda da bu səfərlər artıq “Böyük Qayıdış” dövlət proqramı çərçivəsində öz dədə-baba yurdlarında məskunlaşan keçmiş məcburi köçkün vətəndaşları ruhlandırır.
Müharibədən sonra keçən 4 ilə yaxın müddətdə ölkəmizə qarşı aparılan kampaniyalar, çirkin təbliğat bunu göstərir ki, Azərbaycanın tarixi Qələbəsini nə ermənilər, nə də onların havadarları həzm edə bilmir. Lakin bütün bunlar möhtərəm cənab Prezidentin və Azərbaycan xalqının iradəsinə təsir edə bilmədi. Çünki dövlət başçsının dediyi kimi haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə.
Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin yaradılması da çox böyük əhəmiyyət kəsb etdi və qanunsuz daşımaların, Qabağa gətirilən silah-sursatın qarşısı alındı. Ən əsası Azərbaycanın tarixi ərazi bütövlüyü tam bərpa edildi.
Darmadağın və talan edilən ərazilərdə quruculuq işləri isə daha böyük gücdən xəbər verdi. Laçın şəhərinin yenidən qurulması da iqtisadi qüdrətimizi bütün dünyaya göstərdi. Biz bununla həm də torpağn əsl sahibi olduğumuzu beynəlxalq ictimaiyyətə çatdırdıq.
Cənab Prezident İlham Əliyevin sərəncamı ilə 31 iyul 2023-cü il tarixli Azərbaycan Respublikasının işğaldan azad edilən şəhər və rayonlar üzrə şəhər günlərinin təsis edilməsi həm işğal altında olan torpaqlarımızı qaytarılması tarixi, həm də 30 illik həsrətdən sonra insanların sevinmə haqqının özünə verilməsi idi.
“Haqq nazilər, amma üzülməz” deyib atalar. Nəhayət ki, güclü xarici siyasətin ifadəsi kimi biz erməniləri müdafiə edən güclərin iradəsini sındıra bildik və ordumuzun qəhrəmanlığı, döyüş ruhu ilə torpaqlarımızı azad etdik. Laçını isə erməni ordusu daha böyük canlı qüvvə itirməsin deyə tərk etmək məcburiyyətində qaldı. Qısası, təslim oldular, birdəfəlik bu şəhəri tərk etdilər.

Sənə 30 illik acını unudub sevinmək çox yaraşır, Laçınım mənim. Sənin arxanda aşı qarlı uca dağların qədər əzəmətin, yenidən bərpa edən dövlətin var.

Bayramın, şəhər günün mübarək olsun, ay Laçın!

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2024