Mobil versiya
“Qadınların Maarifçilik Hərəkatı” müasir cəmiyyətimizin inkişafında müstəsna rol oynayıb -Fotolar
Tarix: 26-08-2024 | Saat: 11:34
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Qadınların Maarifçilik Hərəkatı” müasir cəmiyyətimizin inkişafında müstəsna rol oynayıb

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə 42 saylı Sumqayıt birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynova Qərbi Azərbaycan İcmasının təşkil etdiyi “Yaşıl dünyada qadınların təhsili: dünəndən bu günə” mövzusunda keçirlin konfransda “XX əsrdə Azərbaycanda Qadınların Maarifçilik Hərəkatı” mövzusunda genişməzmunlu və yaddaqalan çıxış edib. O bildirib ki, XX əsr Azərbaycan tarixində qadınların maarifçilik hərəkatı, milli kimliyimizin formalaşmasında və müasir cəmiyyətimizin inkişafında müstəsna rol oynayıb. Bu hərəkatın liderləri qadınların təhsil almasında, onların cəmiyyətdə bərabərhüquqlu üzvlər kimi qəbul edilməsində böyük işlər görmüşlər.
Hicran Hüseynova vurğulayıb ki, Azərbaycan qadınları tarix boyu həm milli, həm də beynəlxalq səviyyədə maarifçilik sahəsində böyük nailiyyətlər əldə ediblər. Bu hərəkat, qadınlarımızın müasir dövrdə də təhsil və inkişaf imkanlarının genişlənməsi üçün əhəmiyyətli bir əsas qoymuşdur. Maarifçilik hərəkatı bu gün də aktualdır, çünki qadınların cəmiyyətdəki rolunun gücləndirilməsi, onların təhsil və hüquqlarının təmin olunması, ölkəmizin davamlı inkişafı üçün həlledici əhəmiyyət kəsb edir.
Konfrans təşkilatçılarına və iştirakçılara dərin təşəkkür edən H. Hüseynova, birgə səylər nəticəsində qadınların təhsil və inkişaf imkanları daha da genişlənəcək və bu sahədə yeni uğurlar əldə olunacağına ümidvar olduğunu bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2024