Azərbaycan-Rusiya münasibətləri ən yüksək səviyyədədir
Tarix: 22-08-2024 | Saat: 11:49
Bölmə:Siyasət | çapa göndər
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin avqustun 19-da ölkəmizə etdiyi rəsmi dövlət səfəri Rusiya-Azərbaycan münasibətlərində yeni bir səhifənin açıldığnı göstərir. Dövlət başçılarının keçirdikləri görüşdən sonra mətbuata bəyanatla çıxış edən Azərbaycan və Rusiya Prezidentləri də bunu öz çıxışlarında bir daha qeyd etdilər. Səfərin xüsusi əhəmiyyət daşıdığını qeyd edən cənab Prezident İlham Əliyev mətbuata Bəyanatında bildirmişdir ki, bu səfər xüsusi xarakter daşıyır: “Bizim ən yüksək səviyyədə görüşlərimiz müntəzəm xarakter daşıyır. Bu il iki dəfə - bir dəfə Moskvada, bir dəfə isə beynəlxalq tədbir çərçivəsində görüşmüşük. Amma, əlbəttə ki, dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyətə malikdir, belə demək mümkünsə, həm də dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir” – deyə, dövlətimizin başçısı Rusiya ilə münasibətlərin ən yüksək səviyyədə olduğunu diqqət mərkəzinə çəkmişdir.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanılıb. Prezident İlham Əliyev də Rusiya ilə ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayır. Azərbaycan Prezidentinin 2004-cü ilin əvvəllərində Rusiyaya ilk rəsmi səfəri bu baxımdan əlamətdar olub. Dövlətimizin başçısının Rusiyaya ardıcıl rəsmi səfərləri Azərbaycanın şimal qonşumuzla dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına verdiyi önəmi təsdiqləyir.
2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannaməni mühüm sənəd adlandıran ölkəmizin başçısı bunun xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni - müttəfiqlik səviyyəsinə qaldırılmasında xüsusi rol oynadığını xüsusi vurğulamışdır.
Cənab İlham Əliyev müzakirə edilən məsələlər içərisində nəqliyyat sahəsinin mühüm amil olduğuna diqqət çəkərək bildirmişdir ki, ölkələrimizi və tərəfdaşlarımızı birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi yük daşımalarının təhlükəsizliyi baxımından və bir çox ölkələr arasında ticari münasibətləri stimullaşdırmaq üçün qlobal əhəmiyyətə malikdir. Hər iki ölkə “Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsində fəal iştirak edir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi prosesi həyata keçirilir və 15 milyon ton və daha çox – 30 milyon tonadək yüklərin daşınması imkanları nəzərdən keçirilir. Cənab Prezident bunu xüsusi vurğulamışdır ki, hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər. Bu layihənin həyata keçirilməsi hər iki dövlətin maraqlarına uyğundur və ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcəkdir.
Bu gün həm Rusiya, həm də Azərbaycan hökuməti münasibətlərin hazırkı səviyyəsini strateji tərəfdaşlıq kimi qiymətləndirir. Azərbaycan bu münasibətləri xoşniyyətlilik və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında dərinləşdirməyin tərəfdarıdır. Rusiya və Azərbaycan əlaqələrində vacib məqam, əlbəttə ki, iqtisadi münasibətlərdir. Keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir. Ötən il ölkələrimiz 4 milyard dollar həddini adlayıblar və dövlət başçıları arasında bunun son hədd olmadığı barədə fikir mübadiləsi aparılıb.
Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-11-2024