Mobil versiya
Baş nazirdən Sumqayıt Kimya Sənaye Parkı ilə bağlı sərəncam
Tarix: 22-08-2024 | Saat: 10:22
Bölmə:Siyasət / Manşet | çapa göndər

Baş nazirdən Sumqayıt Kimya Sənaye Parkı ilə bağlı sərəncam

Baş nazir Əli Əsədov "Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında” ölkə Prezidentinin 30 iyul 2024-cü il tarixli sərəncamının icrasının təmin təmin etmək məqsədilə yeni sərəncam imzalayıb.

aia.az xəbər verir ki, sərəncama əsasən, Sumqayıt Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Nazirliyi və Dövlət Neft Şirkəti ilə razılaşdırmaqla, Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Sumqayıt şəhərinin inzibati ərazisində yerləşən və tərtib edilmiş yerquruluşu planlarına əsasən, “Azərikimya” İstehsalat Birliyinin istifadəsində olan 26,86 hektar və həmin torpaq sahəsinə bitişik 2,77 hektar olmaqla, ümumilikdə dövlət mülkiyyətinə aid 29,63 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə həmin Nazirliyin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin istifadəsinə verilməsini 20 gün müddətində təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

İqtisadiyyat Nazirliyi, SOCAR və Sumqayıt Şəhər İcra Hakimiyyəti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Sərəncamın 1-ci hissəsinin icrası Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.\

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024