Mobil versiya
Azərbaycan və Rusiya Cənubi Qafqazda sabitlik və inkişaf üçün birgə səylər göstərməyə davam edəcəklər
Tarix: 22-08-2024 | Saat: 10:14
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan və Rusiya Cənubi Qafqazda sabitlik və inkişaf üçün birgə səylər göstərməyə davam edəcəklər

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 19 avqust 2024-cü il tarixində Azərbaycana rəsmi səfər edib. İkigünlük dövlət səfəri hər iki ölkə arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə dövlət başçımız cənab İlham Əliyev arasında keçirilən görüşlərdə iqtisadi, siyasi və təhlükəsizlik sahələrində ikitərəfli münasibətlərin genişləndirilməsi əsas müzakirə obyekti olub.
Hər iki lider Azərbaycan və Rusiya arasında artan ticarət dövriyyəsini müzakirə edib və bu sahədə daha böyük potensialın olduğunu vurğulayıblar. Dövlət başçıları həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı və bu layihənin Cənubi Qafqaz bölgəsi üçün əhəmiyyətini də müzakirə ediblər. Qeyd olunub ki, Şimal-Cənub nəqliyyat dəhlizi Avropa və Asiya arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsində və bölgədəki ölkələr üçün yeni iqtisadi imkanların yaradılmasında böyük rolu olacaq. Görüş zamanı təhsil sahəsində əməkdaşlıq da müzakirə mövzusu olub. Xüsusilə, Bakı şəhərində Rusiya-Azərbaycan birgə universitetinin yaradılması planları müzakirə edilib. Bu universitet hər iki ölkənin gəncləri üçün yüksək səviyyəli təhsil imkanı yaradacaq və iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcək.
Regional təhlükəsizlik məsələləri də görüşün əsas müzakirə mövzusu olunub. Hər iki dövlət başçısı Cənubi Qafqazda sabitliyin qorunması üçün birgə səylərin vacibliyini vurğulayıblar. Ermənistanla bağlı mövcud gərginliklər fonunda, Rusiyanın vasitəçilik rolu müzakirə edilib. Vladimir Putin Moskvanın Azərbaycan və Ermənistan arasındakı sülh prosesində fəal iştirak etməyə hazır olduğunu bildirib. Bu kontekstdə, Azərbaycan və Rusiya münasibətləri, regional sülh və təhlükəsizlik üçün əhəmiyyətli bir faktor olaraq qalmaqda davam edəcək.
Səfər zamanı həmçinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı möhkəmləndirən bir sıra sənədlər imzalanıb. Bu sənədlər, iki ölkə arasında dostluq və strateji tərəfdaşlığın davamlılığını təmin etmək məqsədini daşıyır.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana səfəri, xüsusilə regional və beynəlxalq siyasətdəki mürəkkəb vəziyyət fonunda əhəmiyyətli bir hadisə olaraq qiymətləndirilir. Bu səfər iki ölkə arasında mövcud olan qarşılıqlı inamı və əməkdaşlığı daha da dərinləşdirmək niyyətində olan liderlərin iradəsini əks etdirir. Azərbaycan və Rusiya Cənubi Qafqazda və geniş mənada Avrasiya regionunda sabitlik və inkişaf üçün birgə səylər göstərməyə davam edəcəklər. Azərbaycan və Rusiya arasında münasibətlər tarixi köklərə malikdir və bu səfər əlaqələrin gələcəkdə daha da güclənəcəyini göstərir.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2024