Mobil versiya
Əbülfəz Elçibəyin vəfatından 24 il ötür
Tarix: 22-08-2024 | Saat: 09:43
Bölmə:Manşet / Siyasət | çapa göndər

Əbülfəz Elçibəyin vəfatından

Bu gün Azərbaycanın dövlət, siyasi və ictimai xadimi, Milli Hərəkatın lideri, Azərbaycan Xalq Cəbhəsinin sədri və Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəyin doğum günüdür.

aia.az xatırladır ki, Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 24 iyun 1938-ci ildə Naxçıvan MR-nin Ordubad rayonunun Kələki kəndində anadan olub.

7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib.

1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib.

1988-ci ildə Azərbaycanda Milli Hərəkat başlayanda Elçibəy ona rəhbərlik edib. O, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan (iyul 1989) biri və sədri olub.

1992-ci il iyunun 7-də prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan hərbi qiyamdan sonra Bakını tərk edib və 1993-cü il iyunun 17-də doğulduğu Ordubad rayonunun Kələki kəndinə gedib.

İyunun 24-də Milli Məclisin qərarı ilə səlahiyyətlərinə son verilmiş Əbülfəz Elçibəy daha sonra Bakıya qayıdaraq fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Bütöv Azərbaycan Birliyinin sədri kimi davam etdirib.

Əbülfəz Elçibəy 2000-ci ilin avqustun 22-də Türkiyənin Ankara Dövlət Xəstəxanasında dünyasını dəyişib və Fəxri xiyabanda dəfn edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2024