Mobil versiya
Tahir Budaqov MDB müşahidə missiyası qərargahının rəhbəri ilə görüşdü
Tarix: 21-08-2024 | Saat: 17:52
Bölmə:Siyasət | çapa göndər

Tahir Budaqov MDB müşahidə missiyası qərargahının rəhbəri ilə görüşdü

Avqustun 21-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla Müstəqil Dövlətlər Birliyi (MDB) müşahidə missiyası qərargahının rəhbəri Oleq Kuleba arasında görüş keçirilib.

aia.az xəbər verir ki, görüş imkanının yaradılmasına görə təşəkkürünü bildirən Oleq Kuleba MDB müşahidə missiyasının 2003-cü ildən etibarən Azərbaycanda seçkiləri müşahidə etdiyini söyləyib. O bildirib ki, sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilər MDB missiyası tərəfindən Azərbaycanda müşahidə edilən 12-ci seçki olacaq.

MDB müşahidə missiyasının tərkibi və fəaliyyəti haqqında məlumat verən qərargah rəhbəri hazırda heyətdə 132 nəfərin yer aldığını, onlardan 10 nəfərin uzunmüddətli müşahidə apardıqlarını qeyd edib. Onun sözlərinə görə, ilkin müşahidələr namizədlər üçün bərabər imkanların yaradıldığını, Mərkəzi Seçki Komissiyasının və onun yerlərdəki qurumlarının seçkilərə yüksək səviyyədə hazırlaşdığını göstərir. O.Kuleba, həmçinin missiya üzvlərinin fəaliyyətinə heç bir maneə yaradılmadığını və lazımi məlumatların əldə edilməsinə aidiyyəti qurumlar tərəfindən dəstək göstərildiyini bildirib.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov MDB müşahidə missiyasının Azərbaycandakı fəaliyyətinin seçki təcrübəsinin mübadiləsi və seçki institutunun daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlıqla bağlı gördüyü işlər və seçkiqabağı təşviqat kampaniyasının gedişatı haqqında məlumat verən YAP Sədrinin müavini Azərbaycanın zəngin və daim təkmilləşən seçki təcrübəsinə malik olduğunu, qarşıdan gələn parlament seçkilərinin də rəqabətli mühitdə - azad, ədalətli, şəffaf və demokratik keçirilməsi üçün bütün şəraitin təmin edildiyini bildirib.

YAP Sədrinin müavini MDB müşahidə missiyasını maraqlandıran sualları cavablandırıb, seçkilərin gedişatına dair kənar qiymətləndirmənin önəminə diqqət çəkərək missiyaya fəaliyyətində uğurlar arzulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2024