Azərbaycan idman ölkəsi kimi böyük nüfuz qazanmışdır.
Tarix: 20-08-2024 | Saat: 18:33
Bölmə:Siyasət | çapa göndər
XXIII Paris Yay Olimpiya Oyunları bir daha Azərbaycanın idman ölkəsi olduğunu sübut etdi. İdmançılarımız Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edərək Bayrağımızı ucaltdılar və bütün xalqımızı sevindirdilər. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər və idman siyasəti bu gün uğurla davam etdirilir. İdmançılarımız öz nailiyyətləri ilə bu gün ölkəmizi bütün beynəlxalq arenalarda uğurla təmsil edir. Olimpiya Oyunları bütün digər idman yarışlarından fərqlənir, bu dörd ildən bir keçirilən bir idman bayramıdır. Hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır.
Son illərdə bu istiqamətdə dövlət investisiyası hesabına Azərbaycanın bölgələrində 50-dən çox müasir standartlarla ayaqlaşan Olimpiya İdman Kompleksi istifadəyə verilmişdir. Paytaxtımızda isə ən müasir idman infrastrukturu mövcuddur. Əvvəlki illərdə tikilən komplekslər əsaslı təmir olunub və eyni zamanda son illərdə bir neçə böyük stadion, idman qurğusu inşa edilib. Əlbəttə, təxminən 70 min tamaşaçı tutumuna malik olan Olimpiya Stadionunu, Milli Gimnastika Arenası, Su İdman Sarayı və Bakı Atıcılıq Mərkəzini xüsusi qeyd etməməkolmaz. Son illər ərzində həm bölgələrdə, həm də Bakıda idmanın inkişafına xüsusi diqqət yetirilməsi öz bəhrəsini verməkdədir.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançıları və onların məşqçilərini qəbul edib. Görüş zamanı Prezident İlham Əliyev qeyd etdi ki, “Bu gün idmanla məşğul olmaq üçün ölkəmizin hər bir yerində gözəl şərait vardır. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir.İdmanın kütləviliyini daim diqqət mərkəzində saxlamalıyıq. Çünki bizə, əlbəttə, idman nəticələri, qələbələr lazımdır. Eyni zamanda, bizə sağlam gənclər lazımdır. Hər bir gənc idmanla məşğul olmalıdır. Çalışmaq lazımdır ki, idmanla məşğul olmayan gənc qalmasın. Çünki idmanla məşğul olan hər bir insan öz həyatında, fiziki vəziyyətində,mənəvi-psixoloji durumunda bunun gözəl nəticələrini görür. İdmançılar həm fiziki cəhətdən, həm mənəvi cəhətdən sağlamdırlar, vətənpərvərdirlər.”
Cənab İlham Əliyev bildirdi ki, Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal. Müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdədir. Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, bu, çox gözəl və tarixi nəticədir. Xüsusilə qızıl medalçılarımız Olimpiya Oyunlarının ilk günlərində qələbə sevincini xalqımıza bəxş etmişlər.
İdmançılarımız beş idman növündə medallar qazanmışlar: cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə. Bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir. Dövlət başçısı İlham Əliyev Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançıları qəbul edərkən onu da bildirdi ki, xüsusilə Olimpiya Oyunlarında qazanılan qələbə idmanda da, məişətdə də, həyatda da idmançının üzərinə böyük məsuliyyət qoyur. İdmançılarımızın yalnız məharətləri ilə deyil, həm də yarış zamanı layiqli davranışları ilə seçiliblər, onların yüksək mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi.
Qəbul zamanı Prezident İlham Əliyev onu da vurğuladı ki, biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq. Belə ki, müəyyən istirahətdən sonra yeni hazırlıq prosesinə start veriləcək, həm Avropa, həm dünya çempionatlarına hazırlıq işləri gedəcək. Bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə təbii ki, növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşmalıyıq və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir. Bir halda ki, idmanla məşğul olmaq üçün indi ölkəmizin hər bir yerində gözəl şərait var.
YAP Oğuz rayon Təşkilatının sədri: Saleh Məhərrəmov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-11-2024