Qarşılıqlı anlaşma nümunəsi
Tarix: 20-08-2024 | Saat: 18:16
Bölmə:Siyasət | çapa göndər
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiyaya, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi və işgüzar səfərləri ikitərəfli münasibətlərin inkişafının sürətlənməsinə impuls vermişdir.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustun 19-da ölkəmizə rəsmi səfəri hər iki ölkə başçısının mətbuata birgə bəyanatları göstərir ki, indiki şəraitdə münasibətlərin yüksələn xətt üzrə inkişafı dostluq və qarşılıqlı, səmərəli əməkdaşlığın daha güniş perspektivləri mövcuddur.
Müasir şəraitdə beynəlxalq logistikanın çox mühüm şərt olduğunu nəzərə alan dövlətimizin başçısı qlobal layihə olan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yük daşımalarının təhlükəsizliyi baxımından və bir çox ölkələr arasında ticari münasibətləri stimullaşdırmaq üçün qlobal əhəmiyyətə malik olduğunu və bu nəqliyyat dəhlizinin yaradılmasında Rusiya və Azərbaycanın yüksək rolunu xüsusi vurğulamış və demişdir: “Deməliyəm ki, Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuluq. Biz ildə 15 milyon ton və daha çox – 30 milyon tonadək yüklərin daşınması imkanlarından danışırıq və bu, tamamilə realdır. Ümidvaram ki, hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər. Bir daha deməliyəm ki, biz bu il həmin dəmir yolu sahəsinin tələb edilən ötürücülük qabiliyyətinə malik olması üçün modernləşdirilməsi məqsədilə təxminən 120 milyon dollar ekvivalentində vəsait nəzərdə tutmuşuq.”
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022-ci ilin fevralında Kremldə imzalanmış əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik, qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin bundan sonra da iki dost dövlətin münasibətlərində mühüm rol oynayacağını, birgə maraqlar və regional təhlükəsizlik məsələlərində faydalı əməkdaşlığa imkan verəcəyini bildirmişdir.
İki dövlət arasındakı münasibətlər yalnız siyasi-iqtisadi müstəvidə məhdudlaşmır. Vurğulanmalıdır ki, Azərbaycan ilə Rusiya arasında humanitar əlaqələr də daima yüksək olub. Ölkəmizdə rus dilinə göstərilən qayğı, rus dilində tədris aparılan 324 məktəb in olması və onlarda 160 min şagird təhsil alması, 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənməsi bunu əyani sübutudur. Hazırda Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri fəaliyyət göstərir. Ölkəmizdəki rus icmasına göstərilən diqqət hər zaman Rusiya dövlətinin rəhbərliyi tərəfindən yüksək dəyərləndirilib. Bununla yanaşı, qarşılıqlı şəkildə iki ölkənin gənclərinin Rusiyada və Azərbaycanda təhsil almaları üçün yaradılan şərait dövlətlərarası münasibətlərdə ən mühüm prioritetlərdən sayılıb.
İki ölkə arasında qazanılan böyük uğurlar əminlik yaradır ki, Rusiya-Azərbaycan münasibətlərinin bundan sonra da mütəmadi olaraq inkişaf etdirilməsi xalqlarımızın maraqlarının reallaşmasına və hər iki ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə xidmət edəcək, regionumuzda, habelə bütün dünyada sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsinə rəvac verəcək.
Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-11-2024