Qarabağ müharibəsinin əfsanəvi qəhrəmanı Əlövsət Qasımov kimdir
Tarix: 25-11-2016 | Saat: 10:06
Bölmə:Gündəm | çapa göndər
Dağlıq Qarabağ müharibəsinin canlı şahidi və fəal iştirakçısı Əlövsət Qasımov barədə qısa məlumat verməzdən əvvəl ilk öncə istərdim, 80-cı illərin sonlarında baş verən proseslərə qısa olaraq nəzər salaq. Artıq 25 ildir xalqımız Qarabağ faciəsinin ağrı-acılarını yaşayır,Azərbaycanının dilbər guşəsi Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.Ermənistanla Azərbaycan arasında 1994-cü ilin mayında imzalanmış Bişkek protokolu – atəşkəs sazişindən sonra ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə tərəflər arasında danışıqlar davam etdirilir.Ulu Öndər Heydər Əliyevin, habelə ümummilli liderin siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyevin ərazilərimizin geri qaytarılması istiqamətindəki səyləri daim Azərbaycan xalqı tərəfindən alqışlanır.Xalqımız qəsb edilmiş torpaqlarımızın erməni əsarətindən azad edilməsində möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının səylərinin real və müsbət nəticələnəcəyinə böyük inam bəsləyir.Həmin qanlı – qadalı illərin canlı şahidi, Qarabağ qazisi, ərazilərimizin bütövlüyü uğrunda gedən döyüşlərdə yaxından iştirak etmiş qeyrətli vətəndaşımız, keçmiş döyüşçü Əlövsət Qasımov barədə sizə ətraflı məlumat vermək istərdim. O, 1988-1996-cı illər ərzində Qarabağda gedən ağır döyüşlərdə erməni faşistlərinin xalqımızın başına gətirdiyi müsibətlərin şahididir.Əlövsət müəllim qanlı faciələri əks etdirən fotoşəkilləri, millətsevən insan kimi tanitmışdır.Onun fədakarlığı haqqında respublikamızın müxtəlif mətbu orqanlarında xeyli məqalələr, müsahibələr, məlumatlar dərc edilmiş, bir neçə televiziya və radio verlişi hazırlanmışdır.Biz, Əlövsət müəllimi Qarabağ döyüşləri zamanından tanıyırıq və onun bir çox qeyri-adi, vətənpərvərlik əməllirinin canlı şahidiyik.Çünki bu qeyrətli Vətən övladının 8 illik döyüş yolu, Qarabağ həqiqətələrinin dünyaya çatdırlması istiqamətindəki 12 illik ərzində müstəsna fəaliyyəti gözlərimiz qarşısında baş vermişdir.Əlövsət Zöhrab oğlu Qasımov 1988-ci ildə Qərbi Azərbaycanın Vedibasar rayonun Yengicə kəndindən məcburi qaçqın düşmüşdür.Tərtər rayon Bəyimsarov kəndində Kənd Mədəniyyət Evinin direktoru işləmişdir.Qarabağ müharibəsinin ilk günlərindən 4 qardaşı ilə birlikdə könüllü olaraq döyüş əməlyyatlarında 8 il yaxından iştirak edib, misli görünməmiş qəhrəmanlıqları ilə döyüşçülərə nümunə olmuşdur. 1991-1992-ci ildə o, bir neçə dəfə Naxçıvana gedərək, ümummilli lideri Heydər Əliyevlə görüşmüş, ulu öndərin dəyərli tövsiyələri göstərişləri ilə müharibənin dəhşətli faciələrinin sənədləşdirilməsi, tarixin saxtalaşdırılması naminə, real faktların gələcək nəsillərə çatdırılması üçün yorulmadan fəaliyyət göstərmişdir.Erməni əsirliyində hesab edilən, itkin düşdüyü güman olunan şəhidlərimizi döyüş meydanlarından çıxararaq, şəxsiyyətlərini müəyyən etmişdir.Onlardan 950 şəhidin nəşi məhz Əlövsət Qasımovun təşkilatçılığı ilə ailələrinə göndərilmişdir.O, eləcədə erməni vəhşiləri tərəfindən tanınmaz hala salınmış, başı kəsilərək min bir işgəncəyə məruz qalmış şəhidlərimizin hər birinin fotoşəklini çəkərək, erməni vandalizmi ifşa edən çox qiymətli tarixi fotosalnamə yaratmışdır.Müharibənin dəhşətlərini öz gözləri ilə görən. Hər bir şəhidin faciəsini qəlbən yaşayan Ə.Qasımov canlı şahidi və iştirakçısı olduğu döyüşlərin hər anını lentə alaraq, tarixi düşmənimiz olan ermənilərin qəddarlıqlarını bu gün bütün dünyada inkar edilməz faktlarla ifşa edir.Onun çəkdiyi fotoşəkillər dünyanın müxtəlif ölkələrində, həmçinin öz vətənimizdə sərgilərdə dəfələrlə nümayiş etdirilmişdir.Eyni zamanda, Əlövsət Qasımov Ulu Öndərimiz Heydər Əliyevin göstərişi ilə erməni ordusun əsgərlərinə məxsus 1017 avtomatsilahı döyüş gedən ərazilərdən toplayaraq, rəsmi sənədlərlə Azərbaycan ordusuna təhvil vermişdir. Bundan başqa o, Qarabağ döyüşlərində 38 hərbi cinayətin üstünü açmışdır.”General Əli bəy” adı ilə tanınan bu məşhur qəhrəman döyüşçünün cəbhədə göstərdiyi misilsiz xidmətləri: “Müharibənin canlı ensiklopediyası”, “Erməni vandalizmi”, “Başsız meyit”, “Şahid şəhidlər haqqında”, “Qanlı köynəklər”, “Ölümlə üz-üzə”, “Sonsuz erməni vandalizminin iç üzü”, “Oğurlanmış tarixi soyqırım”, “Sağlamlığın sirri”, “Erməni terroru”, “Terklərə qarşı törədilmiş erməni terrorunun qısa xronikası” “Heydər Əliyevin həyatının hər anı bir məktəbdir” adlı kitablarda öz əksini tapmışdır.Onun böyük vətənpərvərlik fəaliyyətindən bəhs edən “Ruhumun harayı” və “Qarabağ çağırır bizi” sənədli filmlər respublikamızda və xarici ölkələrdə nümayiş olunur. Ə.Qasımov 1996-cı ildə ordu sıralarından tərxis olunub.O, xalqını,Vətənini, dövlətini, prezidentini sevən əsl Vətən təəssübkeşidir.Prezidentimizə sonsuz inamını ifadə edərək, İlham Əliyevi dəstəkləmişdir. Belə bir vətənpərvər oğul Qarabağ müharibəsində erməni vəhşiliyinin qurbanı olmuş şəhidlərimizin döyüş meydanlarından çıxarılmasında misli görünməmiş işlər görmüşdür.Amma, düşünməmişdir ki, bu işlərdə ağır yoluxucu infeksiyaya yoluxa bilər. Ə.Qasımov Qarabağda çəkdiyi fotolardan ibarət İstanbul Şəhərində 11 günlük sərgi keçirərkən onun xəstəliyi şiddətlənmiş və həkimlərin səyi nəticəsində vəziyyəti yaxşılaşmışdı. Vətənpərvər döyüşçü 19 ildir ki, Suraxanı rayonunda 267 saylı uşaq bağçasında ailəsi ilə birlikdə yaşayır. Hazırda Ümummilli liderimizlə bağlı “Heydər Əliyevin həyatının hər anı bir məktəbdir” memuarı üzərində işləyir.O öz şəxsi vəsaiti və fiziki gücü hesabına 22 iyul 2013-cü ildə Nəsimi rayonu, 20 Yanvar küçəsi, 2/51, mənzil 18 A ünvanında 86 kv yerdə “Erməni vandalizminin iç üzü” adlı daimi fotosərgi açıb. Hər zaman bu sərgiylə yaxından tanış ola bilərsiniz. Əlövsət Qasımov “Qarabağ həqiqətlərini beynəlxalq aləmə tanıtma” İctimai Birliyinin təsisçisi və sədridir. O, 2014-cü ilin 23-26 fevral tarixində, Xocalı soyqırımın 22-ci il dönümü ərəfəsində Türkiyənin van və İğdır şəhərlərində "Xocalıya ədalət” kampaniyası çərçivəsində öz foto sərgiləri ilə Türk xalqlarına Qarabağda ermənilərin törətdikləri vəhşilikləri ətraflı çatdırmışdır. Eyni zamanda Van və İğdır şəhərlərində keçirilən tədbirlərdə Əlövsət Qasımovun çıxışları maraqla qarşılanmışdır. Həmçinin onunla ayrı-ayrı yüksək çinli məmurlarla maraqlı görüşləri də olmuşdur.
P.S.
Ə. Qasımovla görüşümüz zamanı bir çox qonaqların içində ibtidai sinif müəlliməsi Samirə Seyidova da var idi. Maraqlı söhbətimiz əsnasında öyrəndik ki, vətənpərvər insan Ə. Qasımov haqqında müəllimə Samirə xanımın faktları əks etdirən gözəl mövzu hazırlayıb. Aldığımız bu məlumat bizim fikrimizi tam dəyişdi və hazırlayacağımız müsahibəni deyil məhz müəllimənin hazırladığı mövzunu oxucularımıza təqdim etmək qərarın verdik.
Binəqədi rayonu Q.Baxşıyev adına 179 saylı məktəbin ibtidai sinif müəlliməsi Samirə Seyidova
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024
10:34 Dünya Bakıda toplaşıb !
13-11-2024