Mobil versiya
Gülşən Paşayevanın seçicilərlə növbəti görüşü - FOTO
Tarix: 15-08-2024 | Saat: 19:47
Bölmə:Parlament | çapa göndər

Gülşən Paşayevanın seçicilərlə növbəti görüşü -

Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində avqustun 15-də 13 saylı Xəzər ikinci seçki dairəsi üzrə bitərəf namizəd Gülşən Paşayeva Binə Mədəniyyət Mərkəzində seçicilərlə görüşüb.

aia.az xəbər verir ki, görüşdə namizəd Gülşən Paşayevanın vəkilləri Aysel Şərbətova, Ayxan Rüstəmzadə, Bakı Avropa liseyinin direktoru Zülfiyyə Veysova, qəsəbə sakinləri olan təhsil işçiləri və ziyalılar iştirak ediblər.

13 saylı Xəzər ikinci seçki dairəsi üzrə bitərəf namizədin vəkili Aysel Şərbətova namizədin təhsil sahəsində imza atdığı uğurlardan söz açıb, onun pedaqoji fəaliyyəti ilə seçiciləri tanış edib. Vəkil Binə qəsəbəsində təhsil sahəsində müşahidə olunan çatışmazlıqlara toxunaraq, Binə qəsəbəsində əhali sıxlığının, eyni zamanda məktəblərdə şagird sıxlığı yarantdığını diqqətə çatdırıb. “5 minə yaxın şagirdi olan məktəblərimiz var. Baxmayaraq ki, son illiərdə Binə qəsəbəsində üç yeni məktəb fəaliyyətə başladı, buna baxmayaraq mövcud məktəblərdə təhsil alanların sayında azalma müşahidə olunmadı. Çünki, Binə qəsəbəsində əhalinin sayı gün-gündən artır. Əhali artımı ali təhsil müəssisələrində oxuyan tələbələrin, ümumiyyətlə sakinlərin paytaxtın müxtəlif rayonlarına və şəhər mərkəzinə gediş-dönüşü zamanı nəqliyyat azlığından əziyyət çəkməsinddə də özünü göstərir. Bu mənada nəqliyyat azlığı sakinlərimizin qarşılaşdığı mühüm problemlərdəndir”, - deyə bildirib

“Ümid edirəm etimadınız Gülşən xanıma olacaq. O, bizlərin istək və sözünü Milli Məclisdə səsləndirəcək. Gülşən xanım layiqli namizəd hesab edir və hər birinizi ona səs verməyə çağırıram”, - deyə A.Şərbətova əlavə edib.

Namizədin digər vəkili Ayxan Rüstəmzadə çıxışı zamanı Gülşən Paşayevanın ölkəmizi beynəlxalq arenada yüksək səviyyədə təmsil edən peşəkar kadr, mütəxəssis olduğunu diqqətə çatdırıb və bu istiqamətdəki fəaliyyəti ilə seçiciləri tanış edib.

A.Rüstəmzadə bilidrib ki, namizəd məktəbəqədər təhsilin inkişafı və bu sahədə yarana biləcək çətinlikləri aradan qaldırmağa çalışmaq kimi bir öhdəlik götürür. “Gəlin Milli Məclisdə elmin, təhsilin və yüksək düşüncəyə sahib olan insanların tərəfində dayanaq və Gülşən Paşayevaya səs verək”, - deyə seçicilərə çağırış edib.

Bakı Avropa liseyinin direktoru Zülfiyyə Veysova əlavə edib ki, namizəd təhsilin inkişafına xüsusi diqqət verir: “Seçkilərdə uğur qazansa, bu sahədə olan problemləri aradan qaldırmaq üçün səylə çalışacağına, Xəzər rayonun sakinlərinin problemlərinin həlli üçün mühüm addımlar atılacağına inanıram”.

Namizəd iştirakçıları seçki platforması ilə tanış edib. Millət vəkili seçiləcəyi təqdirdə görüləcək işlərdən bəhs edib. Bununla yanaşı həllini prioritet hesab etdiyi məsələlərdən, üzərinə düşəcək vəzifələrdən danışıb.

Daha sonra Gülşən Paşayevay bu gün aktual mövzuya toxunulduğunu söyləyib: “Təhsil əsas istiqamətdir. Hər bir insanın həyatında xüsusi rol oynayır. Yaxşı təhsil alan insan dünyanın istənilən ölkəsində uğur əldə edəcək”.

Binə qəsəbəsinin məktəblərində şagird sıxlığı olması ilə bağlı səsləndirilən fikirlərlərə münasibət bildirən namizəd bu problemlərin həlli istiqamətində əlindən gələni edəcəyini bildirərək, qəsəbədə mövcud olan nəqliyyat problemi ilə bağlı da əməli işlərin görülməsinə ehtiyac olduğunu vurğulayıb: “Məktəbliləri təhsil ocağına daşıyan avtobuslar fəaliyyət göstərsə, nəqliyyat məsələsi aradan qaldırıla bilər”.

Namizədin çıxışından sonra görüş seçicilərin müzakirələri ilə davam edib.

Görüş iştirakçıları dinlənilib və onları narahat edən məsələlərin qeydiyyatı aparılıb.

Sonda iştirakçılar Binə və Qala qəsəbəsində mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində yeni seçiləcək millət vəkilinə böyük ümid bəslədiklərini diqqətə çatdırıb, seçki marafonunda Gülşən Paşayevaya uğurlar arzulayıblar.

Qeyd edək ki, Milli Məclisə keçiriləcək seçkilərin təşviqat kampaniyası çərçivəsində namizəd Gülşən Paşayevanın 13 saylı Xəzər ikinci seçki dairəsi ərazisində yaşayan seçicilərlə görüşləri davam edəcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024