Mobil versiya
Deputatlığa namizəd Eldar Quliyev seçicilərlə görüş keçirib -Fotolar
Tarix: 15-08-2024 | Saat: 08:21
Bölmə:Manşet / Siyasət / Parlament | çapa göndər

Deputatlığa namizəd Eldar Quliyev seçicilərlə görüş keçirib

Sentyabrın 1-də keçiriləcək VII çağırış Milli Məclisə seçkilərdə 28 saylı Sabunçu üçüncü seçki dairəsi tərəfindən deputatlığa namizədliyi qeydə alınmış iqtisad elmləri doktoru, professor Eldar Quliyev Bilgəh, Maştağa və Zabrat qəsəbələrinin sakinləri ilə görüşüb.

aia.az xəbər verir ki, təbliğat kampaniyası çərçivəsində baş tutan görüş Maştağada qəsəbəsinin Mədəniyyət evində keçirilib. Seçicilər qarşısında çıxış edən deputatlığa namizəd ilk növbədə müasir dünyamızda gedən və bir çox hallarda təhlükəli ziddiyyətlərlə müşayiət olunan qlobal proseslərin fonunda Azərbaycanda hökm sürən sabitlik və əmin-amanlıq mühitindən, ölkəmizin durmadan artan beynəlxalq nüfuzundan söz açmışdır. Professor Eldar Quliyev qeyd etmişdir ki, bu ictimai-siyasi sabitlik, eləcə də ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, iqtisadiyyatın şaxələndirilməsi prosesinin sürətləndirilməsi əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və son 21 il ərzində Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla inkişaf və davam etdirilən siyasət strategiyası sayəsində təmin edilmişdir.

Daha sonra deputatlığa namizəd bildirib ki, əgər ona yenidən etimad göstərilərsə, əvvəlki çağırışlarda olduğu kimi bundan sonra da Bilgəh, Maştağa və Zabrat qəsəbələrinin sakinlərinin sosial-rifah halının daha da yaxşılaşdırılması, onların qarşılaşdıqları problemlərin həlli üçün əlindən gələni edəcək, vətəndaşları qayğılandıran məsələlərin Milli Məclisdə müzakirəsinə nail olacaq. Səmimi şəraitdə davam edən söhbət əsnasında Eldar Quliyev seçicilərinin təklif və problemlərini dinləyib. Bir çox vətəndaşlar deputatlığa namizədin səyləri nəticəsində bir müddət əvvəl mövcud olan müxtəlif problemlərin vaxtında həll edildiyini vurğulayaraq, ona təşəkkür ediblər və 1 sentyabr 2024-cü il tarixində keçiriləcək seçkilərdə Eldar Quliyevə yenidən səs verəcəklərini bildiriblər. Həmçinin əksər seçicilər deputatlığa namizədi yaxşı tanıdıqlarını, Azərbaycan Ağsaqqallar Şurasının sədri kimi fəaliyyətini diqqətlə izlədiklərini və ona böyük hörmət bəslədiklərini vurğulayıblar.

Keçirilən görüşdə iştirak edən qəsəbə sakinləri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2024