Mobil versiya
DEPUTATLIĞA NAMİZƏD ƏZİZ ƏLƏKBƏRLİ ŞƏHİD AİLƏLƏRİ İLƏ GÖRÜŞLƏRƏ XÜSUSİ ÖNƏM VERİR
Tarix: 14-08-2024 | Saat: 10:59
Bölmə:Manşet / Siyasət / Özəl / Parlament | çapa göndər

DEPUTATLIĞA NAMİZƏD   ƏZİZ ƏLƏKBƏRLİ ŞƏHİD AİLƏLƏRİ İLƏ GÖRÜŞLƏRƏ XÜSUSİ ÖNƏM VERİR

66 saylı Saatlı seçki dairəsindən deputatlığa namizəd, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli ən fəal təbliğat kampaniyası aparan namizədlərdən biridir. Deputat olduğu 4 il ərzində seçiciləri ilə daim təmasda olan, onların qayğı və problemlərinin həllində köməyini əsirgəməyən Əziz Ələkbərli bütün kəndlərdə əhali səmimi qarşılayır. Deputatlığa namizəd təbliğat kampaniyası çərçivəsində şəhid ailələri ilə görüşlərə xüsusi önəm verir.
Bütün görüşlərində Əziz müəllimin milli-mənəvi dəyərlərimizə həsr olunmuş söhbətlərini, dövlətimizin, cənab Prezident İlham Əliyevin siyasi xəttinə və “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”na dair fikirlərini diqqətlə dinləyən seçicilər onunla dialoqa girir, maraqlı təkliflər səsləndirirlər.
Eyni zamanda təbliğat-təşviqat kampaniyası çərçivəsində Əziz Ələkbərli ilk növbədə şəhid ailələrini ziyarət edir, onların qayğıları ilə maraqlanır.
Avqustun 13-də belə bir ziyarət Vətən müharibəsi şəhidi Nahid Əlizamin oğlu Nəsirovun ailəsində baş tutub. Şəhidimizin əziz xatirəsini ehtiramla yad edən deputatlığa namizəd Əziz Ələkbərli əvvəl şəhidin ailəsi tərəfindən onun xatirəsinə yaradılmış ev muzeyi ilə tanış olub. Daha sonra şəhidin ailə üzvləri ilə söhbət edib, onların qayğı və problemləri ilə maraqlanıb, şəhid ailələrinin, müharibə əlillərinin, veteranların problemlərinin daim dövlətin, dövlət başçısının diqqət mərkəzində olduğunu və bundan sonra da olacağını bildirib.
Şəhid atası Əlizamin Nəsirov şəhid ailələrinə qayğı və diqqətə görə cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürünü bildirib.
aia.az









Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-10-2024