Novruz Aslan İsmayıllıda seçicilərlə görüşüb -Fotolar
Tarix: 10-08-2024 | Saat: 09:55
Bölmə:Manşet / Siyasət / Parlament | çapa göndər
9 avqust 2024-cü il tarixində 89 saylı İsmayıllı seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd Novruzəli Aslanov (Novruz Aslan)vəkillərinin və səlahiyyətli nümayəndəsinin də daxil olduğu seçki-təşviqat komandasının üzvləri ilə birgə İsmayıllı rayonunun kəndlərində öz seçiciləri ilə görüşüb.
aia.az xəbər verir ki, ilk görüş səhər saatlarında rayonun Qubaxəlilli kəndində baş tutub. 200 nəfərdən artıq sakinin qatıldığı görüşdə kənd ictimaiyyətinin nümayəndələri, eləcədə şəhid ailələrinin üzvləri, müharibə qaziləri və veteranları iştirak ediblər. Açıq havada, səmimi söhbət əsnasında keçirilən görüşdə Novruz Aslan seçicilərə öz platformasını təqdim edib, gələcək planlardan danışıb. Sakinlər namizədi yaxşı tanıdıqlarını və ona böyük hörmət bəslədiklərini vurğulayıblar. Sonra kənd sakinlərini qayğılandıran müəyyən məsələlər müzakirə olunub. Novruz Aslan bu məsələləri qeydiyyata götürüb və onların həlli istiqamətində müvafiq addımların atılacağını bildirib.
Daha sonra deputatlığa namizəd öz komandası ilə birgə İsmayıllının Gəraybəyli kəndində seçicilərlə görüşüb. Səmimi şəraitdə keçən bu görüşdə də Novruz Aslan ilk növbədə seçicilərə öz platformasını təqdim edib. Sonra kənd sakinlərinin qayğıları müzakirə olunub. Novruz Aslan səsləndirilən təklif və arzuları qeydə alıb və mövcud problemlərin həlli istiqamətində müvafiq addımların atılacağını bildirib.
Namizədin öz seçiciləri ilə görüşləri günün ikinci yarısında da davam edib. İsmayıllının Eyyubbəyli, Xəlilli və Külüllü kəndlərində də Novruz Aslan sakinlər tərəfindən səmimi qarşılanıb. Hər üç kənddə sakinləri narahat problemlər müzakirə olunub. Novruz Aslan bu məsələləri qeydiyyata götürüb və sakinləri maraqlandıran sualları cavablandırıb. Namizəd bildirib ki, mövcud problemlərin tezliklə öz həllini tapması üçün lazım olan tədbirlər görüləcək.
Beləliklə, avqustun 9-da deputatlığa namizəd Novruzəli Aslanov özünün seçki-təşviqat komandasının üzvləri ilə birgə İsmayıllı rayonunun 5 kəndində seçicilərlə görüşüb. Bu görüşlərdə ümumilikdə 600 nəfərə yaxın vətəndaş iştirak edib. Keçirilən bütün görüşlərdə kənd sakinləri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-12-2024