Mobil versiya
Xalqımızın dəstəyi və etimadı mənim üçün çox qiymətlidir
Tarix: 09-08-2024 | Saat: 14:00
Bölmə:Siyasət | çapa göndər

Xalqımızın dəstəyi və etimadı mənim üçün çox qiymətlidir

Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 148-ci maddəsinə müvafiq olaraq, Məcəllənin 60-cı maddəsində göstərilən qaydada 42 saylı seçki dairəsi üzrə 7-ci çağırış Milli Məclisin deputatlığına namizədliyimin qeydə alınmasını böyük bir qürur və sevinc hissi ilə qeyd etmək istərdim. Bu mühüm addım, mənim üçün böyük bir məsuliyyət və xalqımıza xidmət etmə yolunda əzmkarlıqla çalışmağa olan sadiqliyimi bir daha təsdiqləyir.

Mənə göstərilən yüksək etimada görə Yeni Azərbaycan Partiyasının sədri, Prezident cənab İlham Əliyevə ürəkdən minnətdarlığımı bildirirəm. Eyni zamanda, namizədliyimi dəstəklədikləri üçün YAP İdarə Heyətinə təşəkkür edirəm. Namizədlik vəsiqəmi təqdim edən Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynova dərin minnətdarlığımı bildirirəm. Xalqımızın dəstəyi və etimadı mənim üçün çox qiymətlidir və bu yolda addımladığım hər an daha da motivasiya edir.

Əziz həmvətənlərim, bu yolda sizin dəstəyiniz və etimadınız mənim üçün hər şeydən üstündür. Birlikdə daha güclü, daha firavan bir gələcək qurmaq üçün əl-ələ verib çalışacağıq. Uğurlarımızın davamlı olacağına və Azərbaycanın parlaq gələcəyinə birlikdə töhfə verəcəyimizə inanıram.

Hicran Hüseynova,
Yeni Azərbaycan Parriyasının 42 Saylı Seçki Dairəsi üzrə deputatlığa namizədi


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2024