Mobil versiya
Vüqar Bayramov Böyük Bəhmənlidə
Tarix: 09-08-2024 | Saat: 13:56
Bölmə:Siyasət | çapa göndər

Vüqar Bayramov Böyük Bəhmənlidə

Seçkiqabağı təbliğat-təşviqat kampaniyasına böyük ruh yüksəkliyi və inanılmaz coşğu ilə başladıq. İlk görüşümüz Böyük Bəhmənli kənd sakinləri ilə oldu. Böyük Bəhmənli kəndi Azərbaycanın ən çox şəhidi olan yaşayış məntəqələrindəndir. Qərhəman kəndin 65 şəhidi var.

Görüşdə 250-dən çox kənd sakini iştirak edirdi. Deputatlığa namizəd Vüqar Bayramovun vəkili Rəfael Allahverdiyev çıxış edərək namizəd ilə bağlı fikirlərini bölüşdü və hamını sentyabrın 1-də təşkil ediləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştiraka dəvət etdi.

Çıxışımda sonuncu Milli Məclis seçkilərindən sonra deputat fəaliyyətim barədə məlumat verərək gördüyüm işlər barədə hesabatı sakinlər ilə bölüşdüm. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuz işğal altında olan torpaqlarımızı, o cümlədən Füzuli şəhərini və ətraf kəndlərini azad etmişdir. Hazırda Füzuli şəhəri və ətraf kəndləri cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban xanım Əliyevanın rəhbərliyi ilə yenidən qurulur və bərpa edilir. 1 sentyabr 2024-cü il tarixində ilk dəfə olaraq Füzuli şəhərində müstəqillik illərində Milli Məclis seçkilərində səsvermə baş tutacaq. Bütün Azərbaycan xalqı kimi Füzuli sakinləri də Prezidentimizin bütün sahələr üzrə uğurlu siyasətini görür və daim dəstəkləyir.

Çıxışm zamanı VI çağrış müddətində görülən işlər barədə məlumat verdim. Seçki platformasına uyğun olaraq hər ay seçicilər ilə görüşlər təşkil edərək, onun qayğılarını dinləmişik. VI Cağrış Milli Məclisdə təmsilçiliyim dövründə 131 görüş keçirilib və 1862 seçicinin birbaşa müraciəti dinlənilmişdir.

Bu müddət ərzində ünvanıma 4898 müraciət daxil olmuşdur. Bunlardan 2171 müraciət Milli Məclis aparatına, 2727 müraciət isə telefon və sosial şəbəkələr də daxil olmaqla şifahi şəkildə ünvanlanmışdır. Daxil olan yazılı və şifahi müraciətlər əsasında seçicilərin qayğılarının həll olunması üçün müxtəlif dövlət qurumlarına 2034 deputat sorğusu göndərilib. Həm Tovuz hadisələri zamanı, həm də Vətən Müharibəsində şanlı ordumuza öz dəstəyimizi nümayiş etdirməyə çalışdıq. Tovuz hadisələri zamanı bir neçə deputat həmkarım ilə Tovuza səfər etdik, Vətən Müharibəsinin ilk günündən isə Füzuli rayonunda oldum.

Ölkə rəhbərinin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq şəhid ailələri və qazilərimizə diqqət fəaliyyətimizdə əsas istiqamətlərdən olmuşdur. Vətən müharibəsi başa çatandan sonra Füzuli rayonundan olan bütün şəhid ailələrini ziyarət etdik, qazilərimizin və şəhid ailələrinin mənzil təminatı, səhiyyə xidməti ilə bağlı müraciətlərinə dəstək olmağa çalışdıq. Qeyd etdim ki, Füzuli rayonun tam qazlaşdırılmasına, su təminatının genişləndirilməsinə, sürətli internet təminatının həyata keçirilməsinə və rayon ilə bağlı bir sıra digər sosial-iqtisadi məsələlərə öz səlahiyyətlərim çərçivəsində dəstək olmağa çalışmışam.

Daha sonra seçicilərin etimadın yenidən qazanacağım halda reallaşdıracağım platforma barədə məlumat verdim. Yenidən Milli Məclisdə təmsil olunacağım halda iqtisadi-sosial qanunvericiliyin daha da təkmilləşdirilməsi ilə bağlı fəaliyyətim və seçicilərimiz ilə aylıq görüşlərimiz davam etdiriləcək. Platforma ilə bağlı ətraflı məlumat təqdim olunduqdan sonra kənd sakinlərinin fikir və qeydləri dinlənildi.

Elmimlə Daim Elimin Yanındayam!

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2024