Mobil versiya
Sergey Şoyqu: Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir
Tarix: 06-08-2024 | Saat: 13:27
Bölmə:Siyasət | çapa göndər

Sergey Şoyqu:

Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir.

aia.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu avqustun 6-da Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

Sergey Şoyqu ölkələr arasında regional təhlükəsizlik, hərbi-texniki, nəqliyyat, iqtisadi sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. İkitərəfli əməkdaşlığın gündəliyində çox mühüm məsələlərin durduğunu və onların uğurla həll edildiyini bildirib.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi bu xüsusda Şimal-Cənub dəhlizinin həyata keçirilməsini bunun nümunəsi kimi dəyərləndirib və bununla bağlı üçtərəfli əsasda böyük işlərin görüldüyünü qeyd edib.

Görüşdə “3+3” formatında əməkdaşlığın perspektivləri müzakirə olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2024