Azərbaycanda yeniyetmələrə yeni qadağa
Tarix: 15-11-2016 | Saat: 15:50
Bölmə:Gündəm | çapa göndər
Gənclər siyasətində müəyyən korrektələr etməyə və qanunu təkmilləşdirməyə ehtiyac yaranıb
“Müasir dünyada qlobal çağırışlar gənclər siyasəti ilə bağlı qanuna dəyişikliyi zəruri edir”.
Bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında “Gənclər siyasəti haqqında” qanuna təklif edilən dəyişikliklər və əlavələrin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, dünyada yeni çağırışlar olduğundan Azərbaycanda da gənclər siyasətində müəyyən korrektələr etməyə və qanunu təkmilləşdirməyə ehtiyac yaranıb:
“Bütün bunları nəzərə alaraq gənclər siyasətini daha da təkmilləşdirmək istədik”.
Komitə sədri Fuad Muradov isə qeyd edib ki, dövlət başçısının gənclərlə bağlı həyata keçirdiyi çevik və innovativ siyasəti qanuna dəyişikliyi labüd edir:
“Qanuna təklif edilən dəyişikliklərlə bağlı müxtəlif yanaşmalar var. Əsas məqsəd dəyişiklikləri geniş müzakirəyə çıxarıb yekun rəyə gəlməkdir. Layihədə gənclər siyasəti ilə bağlı yeni müddəalar nəzərdə tutulub. Bundan başqa, aztəminatlı gənc, gənc alim, sosial təcridə məruz qalmış gənc kateqoriyalarının da qanundan daha geniş şəkildə yararlanmasına diqqət yetirilir.
Bundan əlavə, məşğulluq baxımından hərbi xidmətdə olan, cəzaçəkmə müəssisələrində cəza çəkən, cəzaçəkmə müəssisələrindən azad olunmuş, habelə işdən azad olunmuş gənclərin məşğulluq problemlərinin, iş tapmaqda çətinliklərinin aradan qaldırılması və digər məsələlər öz əksini tapıb”.
Qeyd edək ki, qanuna təklif edilən dəyişikliklərlə gənclərə pulsuz ümumitəhsil verilməsi, pulsuz dərsliklərlə təmin olunma, pulsuz tibbi müayinə, dövlət mülkiyyətində olan idman sağlamlıq mədəniyyət obyeklərindən pulsuz istifadə etmək imkanları yaradılmalıdır.
Eyni zamanda, qanuna gənclərin mənəvi-əxlaqi tərbiyəsində nəzərə alınması ilə bağlı bir sıra dəyişikliklər və əlavələr nəzərdə tutulub. Burada əsasən gənclərin dini ekstremist və radikal qruplaşmalara qoşulması ilə bağlı müddəa nəzərdə tutulub.
Layihədə istedadlı gənclərə dövlət qayğısı da nəzərdə tutulub. Belə ki, dövlət istedadlı və yaradıcı gənclərin müəyyən edilməsi və inkişafına şərait yaradılması, yüksək nailiyyət əldə edən gənclərin tanıdılması üçün tədbirlər həyata keçirilməlidir.
Risk qrupuna daxil olan gənclərin isə sosial adaptasiyası ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Layihədə, həmçinin 18 yaşı tamam olmayan gənclərin mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi, sağlam gəncliyin formalaşdırılması məqsədilə bir sıra qadağanedici müddəalar da nəzərdə tutulur.
Belə ki, Azərbaycanda 18 yaşı tamam olmayan gənclərə tütün məmulatlarının, spirtli içkilərin satışı və bu məhsullardan istifadəsi, eləcə də şans və mərc oyunlarında birbaşa və dolayı yolla iştirakı, himayəsində olduğu şəxslərdən ən azı birinin iştirakı olmadan saat 20:00-dan sonra bar, diskoteka və gecə klublarında iştirakı qadağan edilir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024