Mobil versiya
PA-nın şöbə müdiri gənclərə çağırış etdi
Tarix: 02-08-2024 | Saat: 12:28
Bölmə:Manşet / Siyasət | çapa göndər

PA-nın şöbə müdiri gənclərə çağırış etdi

Bizim varlığımızın gələcəkdə necə olması Azərbaycan gənclərinə bağlıdır. Mən istəyərdim ki, Azərbaycan gəncləri aralarında ingilis dilində yox, öz dilində danışsınlar.

aia.az xəbər verir ki, bunu PrezidentiAdministrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Laçında keçirilən “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi açılış mərasimində deyib.

Onun sözlərinə görə, gənclər bütün ölkələrdə aparıcı qüvvədir: "Artıq ən yüksək amallar gənclər tərəfindən həyata keçirilir. Gənclərimiz xarici ölkələrdə yaşayır, təhsil alır. İnsanın ən böyük hüququ yaşamaq hüququdur. Hüququndan keçən əsgərlərimiz torpaq uğrunda ölümə getdilər. Siz bunları bilməli və gələcək nəsillərə ötürməlisiniz".

F.Əliyeva bildirib ki, qalib ölkənin vətəndaşı olmaq qürurludur: "Azərbaycan sizə əmanətdir. Dünən Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü idi. Azərbaycan dili bizə məxsus olan nemətdir. Siz gənclər onu biləndə bir-birinizə bağlanırsınız".Report

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2024