Qərbi Azərbaycan İcması bəyanat yaydı
Tarix: 02-08-2024 | Saat: 11:20
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
Bu ilin noyabrında Azərbaycanda keçiriləcək COP29 yaxınlaşdıqca Ermənistanda bəzi dairələr, erməni diasporu, Qərb ölkələrində Luis Okampo kimi irqçilər “Bakıda saxlanılan ermənilərin azad edilməsi” ilə bağlı hay-küy kampaniyasına başlamışlar.
aia.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
Bəyanatda, həmçinin qeyd olunub: “Özünü “tolerant” hesab edən Ermənistan cəmiyyəti, insan hüquqlarından, dəyərlərdən dəm vuran həmin dairələr, ilk növbədə, Ermənistan hakimiyyətinə 30 il ərzində Azərbaycan ərazilərini nə üçün işğal altında saxladıqları barədə sual verməli, işğala görə üzr istəməyi tələb etməli, bununla bağlı ictimai müzakirələrə başlamalı, 4000-ə qədər azərbaycanlı itkinin taleyinin müəyyənləşdirilməsinə çağırmalıdırlar.
Açıq internet resurslarında Ermənistan ordusunun xüsusilə Birinci Qarabağ müharibəsində mülki azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri əks etdirən çoxlu foto və videolar var. Erməni cəmiyyəti, ilk növbədə, öz hakimiyyətindən, “müstəqil məhkəmə sistemi”ndən həmin hərbçilərin, sahə komandirlərinin cəzalandırılmasını tələb etməli idi.
Bütün bunların baş vermədiyi təqdirdə, “Bakıda saxlanılan ermənilərin azad edilməsi” çağırışları qeyri-səmimilikdən, cığallıqdan, milli müstəsnalığın təbliğindən, COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi edəcək Azərbaycana qarşı çirkin təbliğatdan başqa bir şey deyil”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-12-2024