Qərbi Azərbaycan İcması Ermənistanın XİN başçısının normallaşma prosesini təhrif edən açıqlamalarına dair bəyanat yayıb
Tarix: 31-07-2024 | Saat: 13:50
Bölmə:Gündəm / Siyasət / Qərbi Azərbaycan | çapa göndər
Aia.az AzərTaca-istinadən xəbər verir ki, Qərbi Azərbaycan İcması Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın yenidən Azərbaycan-Ermənistan normallaşma prosesini təhrif edən açıqlamalarına dair bəyanat yayıb.
Aia.az bəyanatı təqdim edir: “Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yenidən Azərbaycan-Ermənistan normallaşma prosesini təhrif edən açıqlamalar verib. Əvvəla 30 il ərzində həmin Almatı Bəyannaməsinə açıq-aşkar hörmətsizlik nümayiş etdirən, başqa bir ölkənin ərazi bütövlüyünü pozan, sərhədlərin delimitasiyasına və demarkasiyasına imkan verməyən məhz Ermənistan olub.
Sərhəd insidentləri və silahlanma üzərində nəzarət mexanizminin yaradılması təklifinə Ararat Mirzoyanın Azərbaycanın reaksiya verməməsi barədə dedikləri beynəlxalq aləmdə özünü konstruktiv tərəf kimi göstərməyə hesablanmış tamamilə qeyri-səmimi və mənasız cəhddir. 30 il ərzində bütün dünyanın gözü qarşısında Avropada adi silahlara nəzarət sahəsində çoxtərəfli mexanizmləri tapdalayaraq Azərbaycan ərazilərini işğal etmiş, orada qoşun və silah yerləşdirmiş Ermənistanın hər hansı başqa silahlara nəzarət mexanizminə necə “riayət” edəcəyi heç kimdə şübhə doğurmur. Bundan başqa, Ermənistanın konstitusiyasında və qanunvericiliyində Azərbaycana ərazi iddialarının qaldığı müddətdə bu ölkənin sülh prosesinə sadiqliyi sual altındadır.
Qərbi Azərbaycan İcması hesab edir ki, Ermənistan Qarabağ ermənilərinin guya zorla köçürülməsi barədə böhtançı açıqlamalar vermək, qondarma qurumun “təsisatları”nın anti-Azərbaycan fəaliyyətinə göz yummaq, militarizasiya siyasəti yürütmək, sərhəddə gərginlik yaratmaq əvəzinə, Azərbaycanla sülh istəyində səmimi olmalı və bu xüsusda, Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışına şərait yaratmalıdır”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024