“Tramp mənim prezidentim deyil” - ABŞ-da kütləvi etirazlar +Fotolar
Tarix: 11-11-2016 | Saat: 16:03
Bölmə:Gündəm | çapa göndər
ABŞ-da Donald Trampın prezident seçkilərindən qalib gəlməsindən sonra minlərlə insan müxtəlif şəhərlərdə respublikaçıların qələbəsinə etiraz etmək üçün küçələrə çıxıb.
Artıq iki sutkadır ki, kütlə “Tramp mənim prezidentim deyil” şüarı ilə nümayişlər keçirir. Bu gün Oreqon ştatının Portlend şəhərində dinc nümayiş iğtişaşa çevrilib. Polis artıq aksiyanın qanunsuz olduğunu elan edib. Belə ki, etirazlarçılar mağaza vitrinləri, avtomobil şüşələrini sındırmağa başlayıblar. Burada 26 nümayişçi saxlanılıb.
Digər nümayiş Minnesota ştatının Minneapolis şəhərində qeydə alınıb. Burada kütlə şəhərdəki hərəkəti iflic vəziyyətinə gətirib.
Ən maraqlısı isə odur ki, Oreqon ştatında vətəndaşların əksəriyyəti Hillari Klintonu dəstəkləsələr də, demokratların nümayəndəsi öz rəqibinə çox az fərqlə qalib gəlib. Belə ki, Hillari 51,7, Tramp isə 41,1 faiz səs toplayıb.
Qeyd edək ki, artıq iki gündür ki, ABŞ-ın bir çox yerində - Los-Ancelosda, Oklenddə, Nyu-York, Çikaqo, Vaşinqton, Filadelfiya, Boston, Sietl və sair şəhərlərində nümayişlər davam edir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024