Mobil versiya
Xalq yazıçısının qızı da deputat olmaq istəyir
Tarix: 26-07-2024 | Saat: 16:44
Bölmə:Siyasət | çapa göndər

Xalq yazıçısının qızı da deputat olmaq istəyir

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində siyasi partiya təmsilçiləri ilə yanaşı müstəqil namizədlər də öz iddialarını ortaya qoyub. VII çağırış Azərbaycan parlamentində mandat almaq istəyən şəxslər sırasında sabiq deputat, məmur və tanınmış şəxslərin övladları da var.

aia.az Teleqraf.com-a istinadla xəbər verir ki, yeni formalaşcaq Milli Məclisdə kreslo tutmaq iddiasında olanlardan biri də, sabiq baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyevin qızı Günay Əfəndiyevadır.

Günay Əfədiyeva sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcəyini təsdiqləyib.

Xalq yazıçısının qızı Günay Əfəndiyeva namizədliyini 14 saylı Xəzər-Pirallahı seçki dairəsindən irəli sürüb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti, diplomat olan Günay Əfəndiyevaya artıq MSK tərəfindən sənədlər təqdim edilib.

Günay Əfəndiyevanın namizəd olduğu dairədən Yeni Azərbaycan Partiyasınını namizədi 149 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Rəsulova Vüsalə Elman qızıdır.

Günay Əfəndiyeva 2004-cü ildən 2008-ci ilədək Azərbaycanın İstanbuldakı konsulluğunda mədəniyyət məsələləri üzrə müşavir vəzifəsində çalışıb.

Daha sonra diplomatik fəaliyyətini Azərbaycanda davam etdirib, YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi vəzifəsinə təyin olunub. O, 2022-ci ilədək Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-11-2024