Mobil versiya
Ağadadaş Ağayevin insidentdən sonra ilk FOTOSU
Tarix: 25-07-2024 | Saat: 12:30
Bölmə:Manşet / Parlament | çapa göndər

Ağadadaş Ağayevin insidentdən sonra ilk

Ağadadaş Ağayevin vəkili Asim Abbasov Xalq artistinin insidentdən sonrakı ilk fotosunu paylaşıb.

aia.az xəbər verir ki, vəkil paylaşımda bu sözləri yazıb:

"Bildirirəm ki, hüquqlarını müdafiə etdiyim Ağadadaş Ağayev video görüntülərdən göründüyü kimi, hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri almış və buna görə də ciddi həkim nəzarəti altında müalicəsini davam etdirir.

Hazırda isə Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılmışdır. Qeyd edək ki, Ağadadaş Ağayev həmin gün gecə saatlarında evinə olduqca yaxın olan “Medera” Hospitalında qulaq nahiyəsindən ağır əməliyyat keçirtmiş, həmin gecəni ağrıdan səhərə qədər yatmamış, səhər isə yenidən qulağında şiddətli ağrılar yaranmışdır. Ağrılar dözülməz olduğu üçün o, eyvana çıxaraq “Medera” Hospitalının mühafizəçisindən köməklik istəmiş, ondan həkim çağırmasını xahiş etmişdir. Mühafizəçinin laqeyd münasibəti, daha sonra isə təhqiramiz ifadələri və təhrikedici hərəkətləri nəticəsində tərəflər arasındakı münasibət gərginləşmişdir.

Bundan başqa daha əvvəl dəfələrlə məhkum olmuş qarşı tərəf N.Cəlilov 2013-cü il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü əsasında AR CM-nin 144-cü maddəsi (adam oğurluğu) ilə təqsirli bilinərək 9 il müddətində azadlıqdan məhrum edilmişdir. O, həbsdən yeni çıxmışdır. Həmçinin N.Cəlilov daha əvvəl də Rusiya Federasiyasında “xuliqanlıq” maddəsi ilə məhkum edilmişdir.

Yeri gəlmişkən onu da qeyd edim ki, Ağadadaş Ağayevin özü artıq bir neçə ildir ki, ciddi onkoloji xəstədir, mütəmadi olaraq ağır dərmanlar qəbul edir, bu səbəbdən də həm fiziki, həm də psixoloji vəziyyəti daimi gərginlik altındadır.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. Bu müddət ərzində kütləvi informasiya vasitələrini və media subyektlərini doğruluğu təsdiqlənməmiş məlumatları yaymaqdan çəkinməyə səsləyirəm. Yayılmış video görüntü baş vermiş hadisənin sadəcə bir epizodunu əks etdirir. İş üzrə istintaq başa çatdıqdan sonra həmin epizoda qədər və ondan sonra da olan hadisələri özündə əks etdirən video görüntü və iş üzrə əhəmiyyət kəsb edən digər detallar ictimaiyyətə təqdim ediləcək. Bununla da əsl həqiqət hamıya məlum olacaq", - deyə o qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə