Mobil versiya
Xidmət rəisi: "Daş karxanalarına I yarımildə 158 akt və protokol tərtib edilib"
Tarix: 24-07-2024 | Saat: 18:00
Bölmə:Parlament | çapa göndər

Xidmət rəisi:

Bu ilin I yarısında Azərbaycandakı daş karxanalarına 158 akt və protokol tərtib edilib.

aia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, yanvar-iyun aylarında karxanalar vurduqları ziyana görə 254 min manat kompensasiya və cərimə ödəməli olub, onlarla bağlı olan 49 iş hüquq mühafizə orqanlarına, 41 iş icra şöbələrinə, 3 iş isə məhkəmələrə göndərilib.

"Bizim fəaliyyətimizin əsas məqsədi karxana sahiblərinə cərimələr tətbiq etmək və onları hər hansı nəticələrlə qarşı-qarşıya qoymaq deyil, onları qanunvericiliyə uyğun fəaliyyət göstərməyə dəvət etməkdir. Bunun nəticəsində bir sıra karxanalar artıq öz fəaliyyətlərini mövcud qanunvericiliyə uyğun təşkil etməyə məcbur olurlar. Ölkədə bu sahədə kifayət qədər şəffaf iş fəaliyyəti təşkil edilib", - deyə H.Əlizadə qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-10-2024