Şuşa Forumu göstərdi ki...
Tarix: 24-07-2024 | Saat: 15:21
Bölmə:Siyasət | çapa göndər
Dünyada gedən siyasi proseslər göstərir ki. hələ də bəzi siyasi güclər, xüsusən Qərb dairələri ikili standartlarla yanaşmalardan, dezinformasiya siyasətindən əl çəkə bilmir, bir sıra hallarda qarayaxma kampaniyasını sürətləndirməklə istəklərinə nail olmağa çalışırlar. Cəmiyyətdə yanlış təsəvvürlər yaratmaqla bir sıra ölkələrin daxili işlərinə qarışma cəhdləri bunu aydın şəkildə göstərir. 2023-cü ilin sentyabrında Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonraölkəmizə qarşı Fransanın, eləcə də digər Qərb ölkələrinin apardığı kampaniya da bunun nümunəsi kimi dəyərləndirilməlidir. 30 il işğal altında qalan Qarabağın xarabalıqlarından danışmayan media orqanları olmayan etnik təmizləmədən, mədəni-tarixi abidələrin dağıdılmasından danışmağa üstünlük verdilər. Halbuki ermənilər işğal olunmuş ərazilərdə nəinki etnik təmizləmə aparmış, daşı daş üstə qalmağa belə qoymamışdılar. Onda isə hamı susurdu.
Daha sonra isə Azərbaycanın COP29-a ev sahibliyi edəcəyi məlum olanda yenidən hücumlara start verildi. Bu barədə İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd edib ki, “ Təəssüf ki, bizə qarşı çox geniş və koordinasiya edilmiş media prosesi başladı, biz ilk vaxtlar buna hazır deyildik. Biz izah etməyə çalışırdıq, bu, bizim günahımız deyil ki, biz neft və qazla zənginik. Bizim fəaliyyətimiz onun əsasında qiymətləndirilməməlidir. Biz iqtisadiyyatımızı necə şaxələndirmişik, işsizliyin öhdəsindən necə gəlmişik, yoxsulluğu necə azaltmışıq, mövzular bunlar olmalıdır. Bu gün bu göstəricilər inkişaf edən ölkələrin səviyyəsindədir, bəzən ondan daha aşağı, daha azdır, yoxsulluq beş faiz səviyyəsindədir və bəzi ölkələr bunu heç yuxusunda görə bilməz.”
Maraqlıdır ki, COP tədbirinin keçirildiyi ölkə daim tənqidlərə və ittihamlaraa məruz qalır. Bizdən əvvəl də BƏƏ və Misir eyni aqibətlə üzləşib. Lakin Qlazqoda- İngiltərənin neft hasil edilən əyalətində keçirilən tədbirə belə reaksiya verilməyib. Bu da onu göstərir ki, hələ də ikili standartlar qüvvədə qalmaqda davam edir.
Lakin bununla Azərbaycanın siyasi və iqtisadi müstəqillik yolunda nailiyyətlərinin qarşısının alınacağına ümid bəsləyənlər yanılır. Çünki ölkəmizin başçısı cənab Prezident İlham Əliyevin həyata keçirdiyi fəal siyasət buna imkan vermir. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan bəlkə yeganə ölkədir ki, bizim regionumuzda və postsovet məkanında Avropa İttifaqı dövlətləri ilə, Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib və imzalayıb. Avropa İttifaqının 10 üzvü Azərbaycanın strateji tərəfdaşıdır. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının, “OPEC Plus” formatının üzvü kimi neft hasil edən ölkələrlə fəal iş aparır. Eyni zamanda “yaşıl dünya naminə həmrəylik” siyasətinin həyata keçirilməsi də göstərir ki, ölkəmiz bəşəri dəyərlərə, planetmizin, atmosferin qorunmasına diqqətlidir.
Bu gün Azərbaycanı bir sıra olmayan məsələlərdə ittiham edən Fransa nın həyata keçirdiyi neokolonializm siyasətinin iyrəncliyi haqqında isə təəssüf ki çoxları susur. Halbuki Azərbaycanı etnik təmizləmədə suçlayan Fransa hələ də kolonialist siyasət yürütməkdə, xalqlara qarşı iyrənc siyasətini davam etdirməkdədir. Cənab Prezident qeyd edib ki, “Çünki kolonializmdən əziyyət çəkən həmin xalqların səsini heç kəs eşitmir. Çünki az sayda ölkə var ki, Fransanı əməllərinə görə ittiham etsin. Bir çox ölkələr buna göz yummağa çalışırlar, başqa tərəfə baxmağa çalışırlar. Özlərinə başağrısı axtarmırlar. Onlar qorxurlar ki, “Fiqaro” və ya “Le Monde” qəzetlərində demonizasiyaya məruz qalarlar.”
50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Şuşa Forumunda səslənən fikirlər bir daha Azərbaycanın doğru yolda olduğunu, dezinformasiya və ikili standartların bizi yolumuzdan döndərə bilmyəcəyini bir daha təsdiqləmiş oldu.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatınn sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-10-2024
09:38 “Brent” nefti bahalaşdı
29-10-2024