Mobil versiya
BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 6 şagirdi qızıl və gümüş medala layiq görülüb
Tarix: 24-07-2024 | Saat: 13:33
Bölmə:Təhsil | çapa göndər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 6 şagirdi qızıl və gümüş medala layiq görülüb

Elm və təhsil naziri Emin Əmrullayev “Ümumi təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltif olunması haqqında” əmr imzalayıb.
Əmrə əsasən, 183 şagird qızıl, 39 şagird isə gümüş nişanla təltif olunub.
Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 5 şagirdi qızıl və gümüş medala layiq görülüb. Liseyin şagirdləri Camal Axundov, Cəfər Cəfərov, Aytac Əliyeva, Ömər İbrahimov, Rüxsarə Zamanlı qızıl, Fərəh Əzizi-Meşkin isə gümüş nişanla təltif olunublar.
Qızıl və gümüş nişanla təltif olunan təhsilalanların adları məktəbin “Şərəf kitabı”na yazılacaq.

Məzunlarımızı təbrik edirik!



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-09-2024