Mobil versiya
Bizim yolumuz haqq yoludur
Tarix: 24-07-2024 | Saat: 13:31
Bölmə:Siyasət | çapa göndər

Bizim yolumuz haqq yoludur

Milli mətbuatımızın 149 illiyi münasibətilə təşkil edilən 2-ci Şuşa Qlobal Media Forumunda ümumilikdə 50-yə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media subyekti iştirak edir. Forumun açılışında iştirak edən ölkə başçısı cənab İlham Əliyev bir daha Azərbaycan həqiqətlərini Forum iştirakçılarının və dünya ictimaiyyətinin diqqətinə çatdırdı.
Forumda səsləndirilən suallar və müzəffər Ali baş Komandan cənab İlham Əliyevin aydın, konkret cavabları bir daha göstərdi ki, bugünkü informasiya məkanında dezinformasiyaların yayılması hələ də bəzi dövlətlərin maraqlarından irəli gəlir. Özlərinə sərf edəndə susqunluq nümayiş etdirən bu dövlətlər ikili standartlara üstünlük verir.
Məsələn, əgər Fransanın neokolonist siyasətindən kimsə danımağa başlayarsa dərhal sonra “Fiqaro” , “Le Monde”, “Vaşinqton Post” və “Nyu-York Tayms” kimi qəzetlər dərhal qarayaxma kompaniyasına start veirlər. İş orasındadır ki, ABŞ-nin keçmiş prezidenti Tramp belə bu qəzetləri “feyk nyus” adlandırır.
Azərbaycan 2023-cü ildə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra Fransa Cənubi Qafqazda əvvəlki mövqeyinin itirilməməsilə barışmadı və ölkəmizə qarşı dezinformasiya siyasətinə üstünlük verdi. Lakin bu siyasət tezliklə iflasa uğradı. Ölkəmizin başçısı cənab prezident İlham əliyevin fəal və çevik siyasəti nəticəsində Fransanın feyk xəbər siyasəti iflasa uğradı.
Məlumdur ki, Avropanın enerji təhlükəsizliyində Azərbaycan kifayət qədər mühüm rola malikdir. Həm bizdən qaz istəyirlər, həm də bizi ittiham edirlər. Gülünc bir mövqedir. Halbuki cənab Prezidentin də qeyd etdiyi kimi “Azərbaycan bəlkə yeganə ölkədir ki, bizim regionumuzda və postsovet məkanında Avropa İttifaqı dövlətləri ilə, Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib və imzalayıb. Yəni, Avropa İttifaqının 10 üzvü Azərbaycanın strateji tərəfdaşıdır. Biz İslam Əməkdaşlıq Təşkilatının üzvüyük. Biz “OPEC Plus” formatının üzvüyük. Biz neft hasil edən ölkələrlə fəal şəkildə işləyirik. Biz müəyyən təkliflər irəli sürmüşük ki, neftlə zəngin ölkələr maliyyə mənbələrinin toplanılmasında, səfərbər edilməsində necə daha vacib rol oynaya bilər.”
Bununla da cənab İlham Əliyev bir daha neftlə zəngin ölkələrə mesaj ünvanladı ki, planetin qlobal istiləşmədən qorunması üçün maliyyənin ayrılması vacibdir. Azərbaycan bu fonda öz töhfəsini verəcəkdir.
Cənubi Qafqaz regionunda sülhün vacibliyini qeyd edən ölkə başçısı bu region xalqlarının sülh şəraitində yaşamasının vacibliyini diqqətə çatdıraraq bildirdi ki. bu gün sülhə mane olanlar həmin dezinformasiyanı yayanlardır. Hələ də bu regionda özlərinin çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələrin bizi olmayan məsələlərdə ittiham etməsi sadəcə gülüş doğurur.
Bölgədə sülhün olacağı təqdirdə iqtisadi inkişaf baxımından Cənubi Qafqazın nümunə ola biləcəyini söyləyən cənab İlham Əliyev diplomatik dillə belə fikir çatdırdı ki. sülhə gedən yolda maneə yaratmasınlar. Yetər. Biz özümüz öz evimiz olan Qafqazda sülh yarada bilərik. Bunu artıq Ermənistanla aparılan danışıqların nəticələri də göstərir.
Dezinformasiyaya həsr olunmuş Şuşa Forumunda daha bir fikir səsləndi. Cənab İlham Əliyev “Təəssüf ki, bu, Qərbdən qaynaqlanır və dediyim kimi, bu, bizim gündəlik həyatımızın bir hissəsinə çevrilib. Əvvəllər biz təəccüblənirdik, sonra məyus olurduq, indi isə buna çox biganə yanaşırıq. Bizim üçün fərq etməz, çünki burada əsas qərar sahibi Azərbaycan xalqıdır və hökumətin fəaliyyəti məhz xalqın mənafeyi naminədr”-deyə münasibət bildirdi və bu fikirlərdən çıxan nəticə bu oldu ki, haqlı olduğumuz yolda bizi heç nə əngəlləyə bilməyəcəkdir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-11-2024