Mobil versiya
Xarici ölkələrdən 24 nəfər ekstradisiya edilib
Tarix: 22-07-2024 | Saat: 12:49
Bölmə:Karusel / Gündəm | çapa göndər

Xarici ölkələrdən 24 nəfər ekstradisiya edilib

Xarici ölkələrdən 24 nəfər ekstradisiya edilib.

aia.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda onlayn formatda keçirilən Geniş Kollegiya İclasında bildirib.

Qeyd edilib ki, beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində 2024-cü ilin birinci yarımili ərzində müxtəlif cinayətlərə görə barələrində beynəlxalq axtarış elan edilmiş 24 nəfər təqsirləndirilən şəxsin xarici ölkələrdə tutularaq ölkəmizə ekstradisiya edilməsi təmin edilmişdir.

Bundan başqa, iclas zamanı qeyd olunub ki, 2024-cü ilin I yarımilində “Çağrı Mərkəzi”nə daxil olmuş 14562 müraciət üzrə vətəndaşlara müvafiq hüquqi izahlar verilmiş, 2213 məlumat isə cinayət xarakterli məlumatlar olduğu üçün qeydə alınıb araşdırılması üçün aidiyyatı struktur qurumlara tapşırılmış və qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin edilmişdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə