Mobil versiya
Hikmət Hacıyev: Şuşanın təbiəti sakinlərin 30 illik ayrılıqdan sonra öz evlərinə qayıtmasına sevinir
Tarix: 20-07-2024 | Saat: 13:04
Bölmə:Manşet / Siyasət | çapa göndər

Hikmət Hacıyev:

Şuşanın təbiəti 30 illik ayrılıq və ağrı-acıdan sonra əsl sakinlərinin öz evlərinə qayıtmasına sevinir.

aia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb.

“Şuşa şəhərindən olan keçmiş məcburi köçkünlər üçün yeni salınmış yaşayış massivində sakit və xoşbəxt şənbə səhəri. Uşaqlar əylənir, qocalar nərd oynayır, mühəndislər tikintini davam etdirirlər. Quşlar civildəşir, arada yüngül yağış yağır. Sanki təbiət də 30 illik ayrılıqdan sonra əsl sakinlərinin öz evlərinə qayıtmasına sevinir”, - paylaşımda deyilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-11-2024