Mobil versiya
Etibarlı tərəfdaşlığın əsası
Tarix: 20-07-2024 | Saat: 11:10
Bölmə:Siyasət | çapa göndər

Etibarlı tərəfdaşlığın əsası

Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərini də yüksələn xətlə inkişaf etdirməkdədir. İndiki mürəkkəb və həssas dövrdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm addımlar atır. Xüsusilə, vurğulamaq lazımdır ki, artıq Azərbaycan Avropanın enerji xəritəsinin dəyişdirilməsində və yenidən təşkil edilməsində mühüm rol oynayır. Uzun illər əvvəl əsası qoyulmuş TAP və TANAP lahiyələrinin işə düşməsi bir daha prezident cənab İlham Əliyevin enerji təhlükəsizliyi sahəsində uğurlu və uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Bu gün bu layihələr Avropanın enerji xəritəsinin yenidən çəkilməsində mühüm rola malikdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı bu rolun daha da artacağına inam yaradır. Ölkəmizin başçısı çıxışında qeyd etmişdir ki, “Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir - Gürcüstan və Serbiya, eləcə də Türkiyə. Sessiyadan əvvəl cənab Baş nazirlə müzakirə etdik ki, dünən Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş verdi. Ümid edirik ki, biz bir neçə aya Sloveniya bazarına daxil ola biləcəyik. İndi Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq.”
Qeyd edək ki. Avropaya Azərbaycan qazının çatdırılmasında mühüm rol oynayan Cənub Qaz Dəhlizi bir vaxt xəyal kimi görünürdü. Sözün əsil mənasında uğur hekayəsi adlandırılacaq bu layihə artıq 4 ildir ki tam həyata keçirilib və bu gün Azərbaycanın etibarlı tərəfdaş kimi, mühüm qaz ixracatçısı kimi rol almasında mühüm rol oynayır. Bu da Azərbaycanın qaz ixracı məsələsində çoxvektorluq, çoxşaxəlilik və Bakı ilə Brüsselin müxtəlif mənbələrdən enerji daşıyıcılarının bazara daxil olması, enerjinin diversifikasiyası yönündə atılan addımlara xidmət edir.
Ölkəmizin başçısı cənab İlham Əliyevin Azərbaycanı qlobal enerji təhlükəsizliyində etibarlı tərəfdaşa çevirmiş uzaqgörən siyasəti ölkəmizin iqtisadi müstəqilliyinin, enerji ölkəsi kimi dünya enerji sisteminə qayıdışının və inkişafının təminatçısıdır. Eyni zamanda, dövlət başçısının “yaşıl enerji” kursunun Azərbaycanın enerji ölkəsi kimi inkişafında müasir qlobal trendlərə uyğun yeni səhifə açıb. Prezident cənab İlham Əliyev Azərbaycanın “yaşıl artım” ölkəsinə və “yaşıl enerji” məkanlarına transformasiyasının ideoloqu və ən güclü dəstəkçisidir.
Ən əsas məsələ odur ki, Azərbaycan bu gün öz enerji təhlükəsizliyini 100 faiz təmin edir. Bundan əlavə, ölkəmiz Avropa İttifaqı üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edən Azərbaycanın enerji resurslarına ehtiyac hazırda çox böyükdür. Dünyada gedən siyasi proseslər fonunda Avropa istehlakçılarına əlavə enerji resursları mənbələri lazımdır. Bu baxımdan, Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf və etibarlı tərəfdaş kimi qəbul edilir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə