Novruzəli Aslanov: “Azərbaycan əməkdaşlıq etdiyi bütün sahələrdə özünü etibarlı tərəfdaş kimi təsdiqləyib”
Tarix: 20-07-2024 | Saat: 09:36
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər
“Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu və praqmatik xarici siyasət kursu Azərbaycanı Avropada gedən geosiyasi proseslərin önəmli iştirakçılarından birinə çevirib. Birmənalı olaraq deyə bilərik ki, bu gün ölkəmizin bu və ya digər məsələ ilə bağlı mövqeyi artıq sadəcə regionumuz üçün deyil, həm də qlobal miqyasda nəzərə alınması vacib olan amil kimi qəbul olunur. Bu baxımdan cənab Prezident İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirakı xüsusi əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, bu mötəbər beynəlxalq tədbir iyulun 18-də İngiltərənin Oksford şəhərində öz işinə başlamışdır. Həmçinin dövlət başçımız Sammit çərçivəsində keçirilmiş “Enerji və bağlantı” mövzusunda dəyirmi masada iştirak etmişdir. Tədbirdə çıxış edən cənab Prezident İlham Əliyev Avropa İttifaqına üzv olan ölkələrin enerji təhlükəsizliyinin təminatı məsələsində Azərbaycanın önəmli rolunu bir daha diqqət mərkəzinə gətirmiş və tərəfdaş ölkələrlə gələcək əməkdaşlığın perspektivlərinə dair mühüm açıqlamalar təqdim etmişdir.”
Bu fikirləri aia.az-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.
N.Aslanov bildirib ki, Azərbaycan Avropa ölkələri ilə əməkdaşlığı şaxələndirməklə bütün Avrasiya məkanında mövqelərinin daha da möhkəmlənməsini təmin edir: “Bu gün Azərbaycandan təbii qaz alan ölkələr arasında beş Avropa İttifaqı üzvü və iki üzvlüyə namizəd ölkə vardır. Hadisələrin gedişi bunu deməyə əsas verir ki, bu say getdikcə daha da artacaq. Çünki hazırda Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar açılır. Əlbəttə ki, Azərbaycan bu imkanlardan öz maraqlarının təmin olunması, mövqelərinin daha da gücləndirilməsi üçün maksimum yararlanmalıdır. Cənab Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində gedən proseslər ölkəmizin artıq bir neçə aya Sloveniya bazarına daxil olmasını təmin edəcək. Azərbaycan hər zaman etibarlı təchizatçı olub. Son 20 il ərzində ölkəmiz tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış edib və qonşu ölkələrlə birlikdə bu layihəni reallaşdırıb. Hazırda Aralıq dənizində Türkiyənin Ceyhan limanından Azərbaycan nefti müxtəlif təyinat nöqtələrinə, o cümlədən bu məhsuldan əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edilir. Azərbaycanın Avropa miqyasında mühüm qaz təchizatçısına çevrilməsindən isə artıq 3 ildən artıq zaman keçib və bu müddət ərzində Azərbaycan özünü bu sahədə də etibarlı tərədaş kimi təsdiləyib” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-11-2024