Mobil versiya
Əziz Ələkbərli: “Prezident İlham Əliyevin xarici siyasəti və qlobal təşəbbüsləri beynəlxalq münasibətlər sistemində ölkəmizin nüfuzunu artıraraq, ona regionda yeni geosiyasi güc mərkəzi statusu qazandırıb”
Tarix: 19-07-2024 | Saat: 09:49
Bölmə:Manşet / Özəl / Siyasət / Seçilənlər-9 | çapa göndər

Əziz Ələkbərli: “Prezident İlham Əliyevin xarici siyasəti və qlobal təşəbbüsləri beynəlxalq münasibətlər sistemində ölkəmizin nüfuzunu artıraraq, ona regionda yeni geosiyasi güc mərkəzi statusu qazandırıb”

“Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallaşdırılması ilə regional əməkdaşlığın aparıcı qüvvəsinə çevrilən ölkəmiz, eyni zamanda, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi nüfuz qazandı. İllər keçdikcə əməkdaşlığın coğrafiyasının genişlənməsi, Azərbaycanın yeni dostlar, tərəfdaşlar qazanması enerji diplomatiyamızın uğurlarında da özünün aydın ifadəsini tapdı. Artıq dörd ildir istifadəyə verilən Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın Avropa məkanında artan nüfuzunun göstəricisidir. Məqsədi "Şahdəniz" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi, bu zaman hasil ediləcək təbii qazın Cənubi Qafqaz Qaz Boru Kəməri (CQBK), Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Türkiyəyə və Avropaya qaz tədarükünün təmin edilməsi və artırılması olan Cənub Qaz Dəhlizi bu gün Avropanın enerji təhlükəsizliyində başlıca rol oynayır.
İyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirdi ki, “2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir.” Bu, Azərbaycanın enerji siyasətinin düzgün, əsaslandırılmış şəkildə həyata keçirilməsinin bariz nümunəsidir”
Bu sözləri aia.az-a Qərbi Azərbaycan İcmasının sədri, VI çağırış Milli Məclisin deputatı Əziz Ələkbərli söyləmişdir.
Müsahibimiz bildirdi ki, “cənab Prezidentin adıçıkilən tədbirdə çıxışında səsləndirilən fikirlər bir daha göstərir ki, Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsi eyni zamanda Azərbaycanın xarici siyasətdə müstəqil və çevik davranmasında mühüm rol oynayır. Çünki Avropada ölkəmizi və onun rəhbərini etibarlı tərəfdaş kimi tanıyır və qəbul edirlər. Prezident İlham Əliyevin xarici siyasəti və qlobal təşəbbüsləri beynəlxalq münasibətlər sistemində ölkəmizin nüfuzunu artıraraq, ona regionda yeni geosiyasi güc mərkəzi statusu qazandırıb. Onun rəhbərliyi ilə Azərbaycan bütün dünyada tolerantlığın, multikulturalizmin, fərqli mədəniyyətlər arasında hörmət ruhunun örnəyini yaratmışdır.
“İndi biz Aralıq dənizində Türkiyənin Ceyhan limanından neftimizi müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik” – deyən cənab İlham Əliyevin enerji siyasətini onun xalqımız, dövlətimiz və ümumən bəşəriyyət qarşısında tarixi xidmətləri kimi qiymətləndirmək lazımdır. Məhz Azərbaycan Prezidentinin proqnozlaşdırılmış və dünyadakı çağırışları çevik nəzərə alan enerji siyasəti ölkəmizin enerji təhlükəsizliyinin qarantıdır”.
Əziz Ələkbərli müsahibəsinin sonunda qeyd edib ki, dövlət başçısının eyni zamanda “yaşıl enerji” kursu Azərbaycanın enerji ölkəsi kimi inkişafında müasir qlobal trendlərə uyğun yeni səhifə açıb. Cənab İlham Əliyev Azərbaycanın “yaşıl artım” ölkəsinə və “yaşıl enerji” məkanlarına transformasiyasının ideoloqu və ən güclü dəstəkçisidir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-09-2024