Mobil versiya
İlham Əliyev Oksfordda Çexiya Baş naziri ilə görüşüb - YENİLƏNİB
Tarix: 18-07-2024 | Saat: 19:21
Bölmə:Siyasət | çapa göndər

İlham Əliyev Oksfordda Çexiya Baş naziri ilə görüşüb -

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Çex Respublikasının Baş naziri Petr Fiala ilə görüşüb.

aia.az xəbər veriur ki, görüşdə ölkələrimiz arasında siyasi dialoqdan məmnunluq ifadə olundu.

Petr Fiala Azərbaycan ilə Çexiya arasında münasibətlərin strateji xarakteri daşıdığını, əlaqələrimizin çox möhkəm təməllər əsasında qurulduğunu bildirdi. Qeyd etdi ki, Çexiya Azərbaycan ilə münasibətləri bundan sonra da inkişaf etdirmək niyyətindədir.

Azərbaycan-Çexiya əlaqələrinin dinamik surətdə inkişaf etdiyini deyən dövlətimizin başçısı münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşımasından məmnunluğunu bildirdi.

Görüşdə Azərbaycan ilə Çexiya arasında enerji, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı. Hazırda Azərbaycan neftinin Çexiyaya ixrac edildiyi, həmçinin qaz sahəsində əməkdaşlıq üçün böyük perspektivlərin olduğu vurğulandı. Azərbaycan qazının artıq Çexiyanın qonşu ölkələrinə ixracının təmin edildiyi bildirilərək, Çexiyaya ixrac üçün də yaxşı imkanların olduğu qeyd edildi.

Söhbət zamanı iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı, Çexiya şirkətlərinin Azərbaycandakı fəaliyyətinə toxunuldu, siyasi, iqtisadi, ticarət, investisiyalar sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu.

COP29-un Azərbaycanda keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik edən Petr Fiala dəvətə görə təşəkkürünü bildirdi və bu tədbirdə məmnunluqla iştirak edəcəyini vurğuladı.



18:25

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Çex Respublikasının Baş naziri Petr Fiala ilə görüşüb.

aia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-11-2024