Mobil versiya
YAP Suraxanı rayon təşkilatı Heydər Əliyevlə bağlı tədbir keçirdi
Tarix: 11-07-2024 | Saat: 18:03
Bölmə:Siyasət | çapa göndər

YAP Suraxanı rayon təşkilatı Heydər Əliyevlə bağlı tədbir keçirdi

Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 55-ci ildönümü münasibətilə “Dövlətə və xalqa xidmətin ali meyarı - Ulu Öndər Heydər Əliyevin hakimiyyət illəri” adlı tədbir keçirib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Suraxanı rayonunda ucaldılmış abidəsi ziyarət edilib, abidənin önünə tər güllər düzülüb.

aia.az xəbər verir ki, sonra Suraxanı rayon Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycan Televiziyası tərəfindən hazırlanmış “Heydər Əliyevi unudulmaz edən səbəblər - Sovet və müstəqillik dönəmi” adlı sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək 1969-cu ilin 14 iyulunda Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsini ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun başlanğıcı kimi qiymətləndiriblər. Qeyd olunub ki, Ümummilli Lider 1969-cu ilə qədər keçmiş SSRİ-nin aqrar respublikası kimi tanınan Azərbaycanı inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan bir ölkəyə çevirərək bugünkü müstəqilliyimizin təməlini qoyub. Vurğulanıb ki, Heydər Əliyevin hakimiyyətinin növbəti mərhələsi olan 1993-2003-cü illərdə isə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların əsasını qoydu.

Şəhid atası Əlixan Əliyev və Suraxanı Rayon Ağsaqqallar Şurasının sədr müavini, Əməkdar artist Ağalar Bayramov isə çıxışlarında qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyev ümumbəşəri dəyərlərə əsaslanan, lakin milli mentalitet, yüzillərlə formalaşmış milli əxlaq, mənəvi dəyərlər əsasında yeni dövlət idarəçiliyinin yaradılması zərurətini ön plana çəkməklə azad, müstəqil dövlətimizin inkişafına nail olmuşdur.

Sonra partiya fəaliyyətində fərqlənən bir qrup şəxs təltif olunub.

Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsilə yekun vurulub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-11-2024