Mobil versiya
Sahibə Qafarova: Fransa Cənubi Qafqazı qarşıdurma meydanına çevirməyə çalışır
Tarix: 11-07-2024 | Saat: 17:03
Bölmə:Manşet / Siyasət | çapa göndər

Sahibə Qafarova:

Azərbaycan nəinki beynəlxalq hüququn norma və prinsiplərinin icrasını təkbaşına təmin edib, həm də xalqın 30 ilə yaxın axtardığı haqq-ədaləti də bərpa edib.

aia.az-ın məlumatına görə, bunu VI çağırış Milli Məclisin sədri Sahibə Qafarova bu gün BRICS ölkələrinin X Parlament Forumunun plenar sessiyasında çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb, keçmiş məcburi köçkünlər artıq öz dədə-baba yurdlarına geri qayıdırlar.

S.Qafarova məlumat verib ki, hazırda Azərbaycan və Ermənistan Cənubi Qafqaz regionuna uzunmüddətli sülh və sabitlik gətirəcək normallaşma prosesini davam etdirirlər.

Spiker təəssüflə bildirib ki, həqiqi sülhün mümkünlüyü artdıqca, selektiv yanaşmaların, ikili standartların, müdaxilə cəhdlərinin yenidən gündəmə gəlməsinin şahidi olur.

Sahibə Qafarova qeyd edib ki, regionda bu yanaşma Fransa tərəfindən aşkar şəkildə tətbiq olunur. O vurğulayıb ki, bu ölkə müxtəlif bəhanələrlə regional dinamikaya müdaxilə etməyə, Cənubi Qafqazı qarşıdurma və özünün biabırçı neokolonial təcrübələr meydanına çevirməyə çalışır. Lakin Azərbaycanın nümayiş etdirdiyi sərt və qəti mövqe hər hansı belə cəhdin qarşısını qətiyyətlə qalır.

Spiker vurğulayıb ki, parlament təşkilatları Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının timsalında müəyyən qrupların maraqlarının oyun meydanına, təzyiq və ikili standartlar alətinə çevrilməməlidirlər.

Sahibə Qafarova bildirib ki, beynəlxalq sistemin səmərəliliyinin təmin edilməsi qarşılıqlı faydaya əsaslanan ədalətli münasibətlərin qurulmasını, bir-birinə hörmət edilməsini və həqiqi çoxtərəfliliyin gücləndirilməsini tələb edir.

“Azərbaycan öz xarici siyasətində bu prinsipləri rəhbər tutaraq, həm ikitərəfli əlaqələrində, həm də çoxtərəfli formatlarda dialoq, əməkdaşlıq və həmrəyliyi təşviq edir. Bu prinsiplər həm də BRICS üçün fəaliyyət prioritetləridir. Azərbaycan artıq BRICS-ə qoşulmaq arzusunu ifadə edib”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-11-2024