Mobil versiya
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında Şəhid ailələsinə qayğı -Foto
Tarix: 10-07-2024 | Saat: 16:46
Bölmə:Ölkə | çapa göndər

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında Şəhid ailələsinə qayğı

aia.az xəbər verir ki, İyulun 10-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Vətən müharibəsi şəhidi Qədimov Güloğlan Nurəddin oğlunun ailəsini qəbul edib. Qəbul zamanı şəhid atası Qədimov Nurəddin Alim oğlunun müraciəti dinlənilib, problemləri ilə yaxından maraqlanılıb. Şura sədrinin tapşırığı ilə şəhid ailəsinin mövcud problemlərinin həlli üçün Şura tərəfindən müvafiq məbləğdə maddi yardım dəstəyi göstərilib. Qəbulda olan şəhid atası Nurəddin Qədimov göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında Şəhid ailələri və qazilər üçün xüsusi qəbul günləri nəzərdə tutulmayıb. Onlar həftənin bütün iş günlərində qəbul edilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-07-2024