Mobil versiya
Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir
Tarix: 09-07-2024 | Saat: 16:57
Bölmə:Siyasət | çapa göndər

Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir

Prezident İlham Əliyev Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını şəxsən qarşıladı və öz çıxışında dünyaya mühüm mesajlar verdi. Prezident bildirdi ki, Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi Azərbaycanın təşəbbüsüdür.Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri türk dünyasının birliyi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artırılması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylərin birləşdirilməsidir. Çünki Azərbaycanın təşəbbüsü, fəal iştirakı ilə son onilliklərdə böyük uğurla reallaşdırılan qlobal təşəbbüslərin dolayı, yaxud birbaşa ən mühüm məqsədlərindən biri də məhz türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzi kimi öz mövqelərini, nüfuz dairəsini genişləndirməsidir.
Azərbaycan türk ölkələri ilə əlaqələrin genişləndirilməsini, türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsini öz xarici siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Dövlətimizin başçısı İlham Əliyev 14 fevral 2024-cü ildə parlamentdə keçirilən andiçmə mərasimində bu məqama xüsusi diqqət yönəldərək bildirdi ki, biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacaq, ilk növbədə Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik: "Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir... Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər.İyulun 6-da Şuşa daha bir mötəbər tədbirə ev sahibliyi edib. Bu dəfə Türk dünyasının nəbzi Qarabağın incisi olan Şuşada döyünüb. Söhbət Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündən gedir. Qeyd edək ki, qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi dövlət başçısının şəxsi təşəbbüsüdür. Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Prezidenti Sadır Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər.Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir.  Bu fikri Prezident İlham Əliyev iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışında deyib. Dövlətimizin başçısı bildirib: “Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Azərbaycan Türk Dövlətləri Təşkilatının iştirakçı ölkələri ilə möhkəm dostluq və qardaşlıq əlaqələrinə malikdir. Müstəqilliyin ilk illərində Mərkəzi Asiya dövlətləri bəzi səbəblərdən bu strukturun iştirakçısı kimi Azərbaycana gəlməyə çəkinsələr belə, artıq bu gün həmin ölkələrin dövlət başçıları azad edilmiş torpaqlara səfərlər təşkil edir, hətta buranın dirçəlməsinə öz töhfələrini verməyə çalışırlar. Böyük Qayıdış Proqramının icrasına dəstək olaraq Özbəkistan və Qazaxıstan tərəfindən Füzulidə məktəb və yaradıcılq mərkəzləri, Qırğızıstan Respublikası tərəfindən Ağdamda məktəb, Cəbrayıl rayonunun yaşayış məntəqələrindən birində isə Macarıstanın maliyyə dəstəyilə məktəb inşa ediləcək. Göstərilən bu təşəbbüslər türk birliyinin, qardaşlıq həmrəyliyinin təzahürüdür.

Şuşa şəhərində keçirilən sammitin daha bir önəmli tərəfi burada Qarabağ Bəyannaməsinin imzalanması oldu. Ölkə başçısının vurğuladığı kimi, imzalanmış Qarabağ Bəyannaməsi, qəbul edilmiş qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək.Bu il Azərbaycanın COP29 kimi mühüm bir beynəlxalq konfransa evsahibliyi etməsi, 200-ə yaxın ölkənin məhz Azərbaycanın namizədliyini dəstəkləməsi də  beynəlxalq ictimaiyyətin bizə olan böyük etimadının bariz nümunəsi kimi təkcə Azərbaycanın deyil, bütün türk dünyasının böyük uğurudur.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə