Azadlıq Radiosunun rəhbəri işdən çıxarıldı
Tarix: 23-06-2015 | Saat: 08:02
Bölmə:Gündəm / Manşet | çapa göndər
Kənan Kazımoğlunun işdən azad edilməsinə səbəb kimi radionun baş ofisinin Azərbaycan xidmətində apardığı yoxlamalar göstərilir.
Bu günlərdə Azadlıq Radiosunun Azərbaycan xidmətinin rəhbəri Kənan Kazımoğlu tutduğu vəzifədən azad edilib. “Yeni Müsavat” xəbəri informasiyalı qaynaqdan əldə edib.
Xəbərdə Kənan Kazımoğlunun işdən azad edilməsinə səbəb kimi radionun baş ofisinin Azərbaycan xidmətində apardığı yoxlamalar göstərilir. Yoxlamalar nəticəsində xidmətin radionun iş prinsiplərini pozduğu, nizamnaməyə əməl etmədiyi ortaya çıxıb. Bakı bürosunun rəhbəri Xədicə İsmayılovanın həbsindən sonra diqqət mərkəzinə gələn Azərbaycan xidmətində yoxlama aparılması təşəbbüsü isə radionun keçmiş əməkdaşlarından birinin şikayətindən sonra yaranıb.
Bakı bürosu bağlanandan və büro rəhbəri həbs ediləndən sonra ölkəni tərk edərək baş ofisin yerləşdiyi Praqaya gedən və rəsmi qaydada Çexiya hökumətindən sığınacaq istəyən əməkdaş Bakı bürosunun son illərdəki fəaliyyəti ilə bağlı tənqidi mövqedə olub. Onun şikayətində büronın keçmiş rəhbəri Xədicə İsmayılovanın işçilər arasında təfriqə yaratdığı, ayrı-seçkilik saldığı, kənar maliyyə qaynaqlardan radioya cəlb etdiyi vəsaitləri özünə yaxın çevrə ətrafında bölüşdürdüyü ortaya çıxıb. Radioya kənar maliyyənin cəlb edilməsi Nizamnaməyə ziddir.
Belə ki, Azad Avropa və Azadlıq Radiosunun Nizamnaməsinə görə, qurumun fəaliyyəti istisnasız olaraq ABŞ dövlət büdcəsindən maliyyələşir və reklamlar da daxil olmaqla hər hasnı kənar maliyyə qəbul edilməsi yasaqdır.
Araşdırmalar zamanı ortaya çıxıb ki, Azərbaycan xidməti və Bakı bürosu bir neçə verilişi kənar qaynaqlardan maliyyə cəlb edilməsi əsasında hazırlayıb. Həmin verilişlər bir neçə il efirdə olduğu üçün söhbətin ciddi məbləğlərdən getdiyi aydındır. ABŞ-ın və Avropanın dəstək fondlarından, maliyyə institutlarından cəlb edilən vəsait Azadlıq Radiosunun Bakı bürosunun hesabına rəsmi qaydada daxil olub. Sonrakı mərhələdə isə şəffaflıq pozulub.
Kənan Kazımoğlunun işdən uzaqlaşdırılmasını tələb edənlərin arqumenti bu haqda ona dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq onun heç bir tədbir görməməsidir. Radio rəhbərliyi hesab edib ki, Kənan Kazımoğlu zamanında müdaxilə edərək qanunsuz məqamların aradan qaldırılması yerinə özü prosesin iştirkçısına çevrilib. Onun vəzifə məsuliyyətini dərk etməməsi sözügedən məqamların Azərbaycan prokurorluq orqanlarının Bakı bürosunun keçmiş rəhbəri Xədicə İsmayılovaya qarşı qaldırdığı cinayət işində motivə çevrilib.
Yada salaq ki, əslən Naxçıvanın Nehrəm kəndindən olan Kənan Kazımoğlu Amerika Birləşmiş Ştatları vətəndaşıdır. O, reportyorluğa “Azadlıq” qəzetində başlayıb. 1997-ci ilə ABŞ-ın Milli Demokratiya İnstitutunun Bakı bürosunun o zamankı rəhbəri Coanna Levinsonla ailə quraraq Vaşinqtona köçüb. Ali təhsilini ABŞ-da alan Kənan Kazımoğlu Azərbaycan xidməti ilə Mirzə Xəzərin rəhbərliyi dönəmindən əməkdaşlığa başlayıb. Xidmətin Mirzə Xəzərdən sonrakı rəhbəri Abbas Cavadinin müavini olub. Abbas Cavadi baş ofisdə vəzifəyə dəvət edildikdən sonra – 2008-ci ildə Azərbaycan xidmətinə Kənan Kazımoğlu rəhbərlik edirdi.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024