Mobil versiya
Aşıq Vüqar Mahmudoğlu-46
Tarix: 03-11-2016 | Saat: 17:39
Bölmə:Gündəm | çapa göndər










Vüqarlı Vüqar ömrü

Aşıq Vüqarı 19 il əvvəl tanımışam. Elə o vaxtdan da münasibətimiz yaranıb. Əvvəlcə tələbə yoldaşı kimi yaranan tanışlığımız sonradan səmimiyyətə, dostluğa çevrildi. Və dost kimi Vüqar bu gündə yanımdadır. Bu səmimiyyətimiz get-gedə daha da dərinləşir, dostluğumuz möhkəmlənir.
Mən tanıyanda 27 yaşı var idi Vüqarın. Bu gün Aşıq Vüqar Mahmudoğlu ömrünün 46-cı payızını yola salır, 47-ci qışına qədəm qoyur. Bu yaşdan mənalı istifadə etmək hər insana qismət olmur. Amma, Aşıq Vüqar bu yaşdan lazımi qədər mənalı istifadə edib. Düzdür, hamının çətin, keşməkeşli günləri də olub, əziyyət də çəkib, enişə-yoxuşa düşüb. Bəli, Vüqar ömrü də bu yollardan vaz keçməyib. Onun da həyatında çətin yollar olub. Amma, çoxlarının öhdəsindən gələ bilmədiyi çətinliklərin öhdəsindən gəlib Vüqar. Hər çətinliyə, hər əzaba dözüb və sonda qalib gəlməyi bacarıb. Heç kimin köməyi olmadan özü, vüqarı, əzəməti, dözümü ilə sinə gərib bu çətinliklərə və sonda bu bu mübarizənin mükafatını alıb. Bu gün qarşısına qoyduğu məqsədə çatdı. Bu gün yaşının az olmasına baxmayaraq Şirvan elinin məclislərinin bəzəyi, Şirvan Aşıq sənətinin ustad aşığı adını aldı. Bu gün Vüqarın adı Şirvanın azmam ustad aşıqları ilə bir yerdə çəkilirsə, bu gün Şirvan toylarında Aşıq Vüqar tələbatı varsa, demək Vüqar ömrü həqiqətən də mübariz ömürdü, Vüqar artıq Şirvanın fəxridir. Bu başqa cür də ola bilməzdi. Çünki Vüqar Şirvan Aşıq Məktəbinin Dədə Aşıqlarından sayılan, Ulu Şirvan elinin sənətkar nümunəsi, Azərbaycanın fəxri, adı qarşısında daim baş əyib ehtiramla yad etdiyimiz Aşıq Mahmud Ələsgəroğlunun ocağında göz açıb, Mahmud səsi, Mahmud avazı ilə qidalanıb və Mahmud sazı ilə silahlanıb. Vüqarın bu gün ən böyük nailiyyəti də elə onun aşıq olması, Mahmud səsini, Mahmud zümzüməsini bizlərə çatdırmasıdır. Bu Vüqarın vüqarıdır. Mahmud sazına söykəndiyi üçün bir vaxtlar Vüqar Niftəliyev kimi tanıdığım şəxs bu gün Aşıq Vüqar Mahmudoğludur. Özünə, sözünə, səmimiyyətinə sadiq olan Awiq Vuqar.
Vüqar bu gün mənimçün aşıq olması ilə yanaşı səmimi dost, əsl insan, gözəl qardaşdır. Əlbəttə ki 46 yaş o qədər də böyük yaş deyil. Normal insan ömrünün tən yarısı 50 yaşdır.
Aşıq Vüqar arabir zarafatlaşanda "Qocaldım qardaş!" deyir. Amma, 46 yaş qocalıq deyil qardaş! 46 yaş cavanlığın son çağları, müdrikliyin başlanğıcıdır. İnsan hər yaşda bir az da müdrikləşir, təkmilləşir, HƏYATA BİR AZ DA DƏRİNDƏN BAXIR. Sən də hamı kimi müdrikləşməyə doğru irəliləyirsən. Amma, hamıdan fərqli. Çünki ustadlar cavan yaşlarından müdrikləşir, eynən sənin kimi. Cavanlığın müdrikliyini sən Ustad adını alandan yaşayırsan. Sadəcə hər dəqiqə müdrikliyini təkmilləşdirirsən. Müdrikliyin mübarək qardaş! Tanrı daim səni uca eləsin! Necə ki ucasan, əzizsən, səmimisən. Tanrı səni bizlərə çox görməsin! 46 YAŞIN MÜBARƏK! MÜDRİK YAŞIN MÜBARƏK! DAİM GÜLƏRÜZ, SƏMİMİ, DOSTPƏRƏST QAL! DOĞUM GÜNÜN MÜBARƏK!
Samir Əli



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024