Mobil versiya
Ərdoğan Azərbaycanla bağlı sənədə düzəliş etdi
Tarix: 30-06-2024 | Saat: 12:13
Bölmə:Manşet / Siyasət | çapa göndər

Ərdoğan Azərbaycanla bağlı sənədə düzəliş etdi

Türkiyə tərəfindən preferensial ticarət rejiminin tətbiq olunduğu Azərbaycan Respublikası mənşəli malların idxalında tarif kvotasının tətbiq edilməsi haqqında fərmana düzəliş edilib.

aia.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sənəd imzalayıb.

Dəyişikliyə görə, içkilər daxil olmaqla bir sıra içəcəklərin 15 000 hektolitr kvota daxilində baza tarif dərəcəsinin 100 % azaldılması nəzərdə tutulub.

Fərman iyulun 1-də qüvvəyə minəcək.

Xatırladaq ki, mayın 10-da Azərbaycanla Türkiyə arasında yenilənmiş Preferensial Ticarət Sazişi çərçivəsində gömrük rüsumlarının qarşılıqlı olaraq azaldılacağı malların sayı artırılmışdı.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-11-2024