Mobil versiya
Ceyhun Bayramov sülh sazişi ilə bağlı anons verdi: "Müsbət xəbərlər eşidəcəyik"
Tarix: 27-06-2024 | Saat: 17:20
Bölmə:Siyasət | çapa göndər

Ceyhun Bayramov sülh sazişi ilə bağlı anons verdi:

Ermənistan ilə davamlı sülh sazişinin imzalanması üçün işlər aparılır. Bir neçə gün bundan əvvəl Azərbaycan sülh sazişi ilə bağlı son layihəni Ermənistana təqdim edib.

aia.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə gürcü həmkarı İlya Darçiaşvili ilə görüşdən sonra keçirilən brifinqdə deyib.

O bildirib ki, Ermənistan konstitusiyasında hələ də Azərbaycana ərazi iddiası ilə bağlı bənd var. Bu da sülh üçün ən böyük əngəllərdən biridir. Biz bu istiqamətdə Ermənistandan adekvat addımlar atmağı gözləyirik.

“Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində müsbət irəliləyişlər əldə edilib. Sərhədlərin delimitasiyası üzrə komissiyalar arasında da təmaslar davam etdirilir və yaxın gələcəkdə müsbət xəbərlər eşidəcəyik”, - deyə nazir əlavə edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-11-2024