"Sülh müqaviləsinin mətnini demək olar ki, yekunlaşdırmışıq" - Mirzoyan
Tarix: 27-06-2024 | Saat: 13:24
Bölmə:Manşet / Siyasət | çapa göndər
"Azərbaycanla sülh müqaviləsi layihəsinin mətnini demək olar ki, yekunlaşdırmışıq".
aia.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Estoniyada həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib.
O, Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinə toxunaraq, regional proseslərdən də danışıb: "Azərbaycanla münasibətlərə gəlincə, biz danışıqlar prosesini davam etdiririk. Sülh müqaviləsi layihəsinin mətnini demək olar ki, yekunlaşdırmışıq. Ermənistan bir ay içərisində mətni tamamilə yekunlaşdırmağa və Azərbaycanla sülh sazişini imzalamağa hazırdır.
Mən həmkarıma (Hakan Fidan) Cənubi Qafqazda baş verən son hadisələri, o cümlədən Ermənistanın qonşuları ilə münasibətlərini təqdim etdim. Ermənistan Türkiyə ilə diplomatik münasibətləri tam bərpa etməyə, sərhədləri açmağa və münasibətləri tənzimləməyə hazırdır. Artıq üçüncü ölkə vətəndaşları və Ermənistan və Türkiyə diplomatik pasportlarına malik vətəndaşlar üçün sərhədin açılması ilə bağlı konkret razılaşmalarımız var. Hesab edirəm ki, artıq həmin razılaşmaların həyata keçirilməsinin vaxtı çatıb"
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-11-2024