Mobil versiya
YAP Xəzər rayon təşkilatı tədbir keçirib -Foto
Tarix: 25-06-2024 | Saat: 16:35
Bölmə:Cəmiyyət | çapa göndər

YAP Xəzər rayon təşkilatı tədbir keçirib

aia.az xəbər verir ki, 26.06.2024- cü il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının Binə Atçılıq massivində yerləşən 292 saylı tam orta məktəbdə ərazi partiya təşkilatı təsis edilib.

Təsis konfransında çıxış edən məktəbin direktoru Şəhriyar Məmmədov, YAP Xəzər rayon təşkilatının məsləhətçisi Siyasət Həsənov partiyanın ötən dövr ərzində keçdiyi şərəfli yoldan, qazandığı uğurlardan bəhs ediblər. Bildiriblər ki, 1993-cü ildən başlayaraq, ölkədə keçirilən bütün seçkilərdə xalqın etimadını qazanan YAP-ın əldə etdiyi uğurlar təşkilatın qarşısına qoyduğu məqsədlərin respublikamızın daxili və xarici siyasətinin həyata keçirilməsində yaxından iştirak etməsi ilə sıx şəkildə bağlıdır. Ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni-humanitar sahələrinin inkişafında partiyanın qarşısına qoyduğu vəzifələr Heydər Əliyev yoluna sadiqlik ilə layiqincə yerinə yetirilib.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Emin Tahirov ərazi partiya təşkilatının sədri, Ləman Babayev isə sədr müavini seçiliblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-06-2024